6 nəfər Puşkinin kitablarını  oğurladı: 8 ilədək HƏBS CƏZASI
13 iyun 2026 12:52 (UTC +04:00)

6 nəfər Puşkinin kitablarını oğurladı: 8 ilədək HƏBS CƏZASI

0

Fransa prokurorluğu Paris və Lion kitabxanalarından rus şairi Aleksandr Puşkinin nadir nəşrlərinin oğurlanması ilə bağlı ittiham olunan altı Gürcüstan vətəndaşı üçün 8 ilədək həbs cəzası tələb edib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, oğurluq faktları Lion şəhərindəki Ali Normal Məktəbin Didro Kitabxanasında, Fransa Milli Kitabxanasında, eləcə də Parisdə yerləşən Dillər və Sivilizasiyalar Universitet Kitabxanasında qeydə alınıb.

Cinayət işi üzrə altı nəfər ittiham olunur. Onlardan bəziləri cinayət törətmək məqsədilə sövdələşmədə, digərləri isə mədəni irs nümunələrinin oğurlanmasında təqsirləndirilirlər.

Üç kişi barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə adı keçən qadın təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə ölkəni tərk etməmək şərti ilə azadlıqda saxlanılıb.

Daha iki təqsirləndirilən məhkəmə iclasına qatılmayıb. Onlar Gürcüstanda saxlanılıb. Gürcüstan hakimiyyəti öz vətəndaşlarını Fransaya təhvil verməkdən imtina edib və bildirib ki, həmin şəxslər barəsində ölkədə artıq 5 illik həbs hökmü çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar