“Fukusima-1” AES-ə hərbi vertolyotlardan su atılır
Hərbi təyyarələr Yaponiyanın “Fukusima-1” Atom Elektrik Stansiyasına (AES) səmadan su atmağa başlayıb. Lent.az-ın NHK telekanalına istinadən verdiyi məlumata görə, bu gün AES-in dördüncü reaktoruna su atılır. AES-də radiasiyanın səviyyəsi kiçik dərəcədə də olsa, azalıb. MAQATE-dəki mənbə də bildirib ki, “Fukusima-1”də vəziyyət bir az yaxşılaşıb, ancaq arxayın olmaq hələ tezdir: “Belə görünür ki, yapon mütəxəssislərə reaktorları soyutmaq üçün su vermək müyəssər olub. Ancaq dördüncü blokda problem ciddi olaraq qalır”.
ABŞ Dövlət Departamenti isə “Fukusima-1” AES-də yaranmış təhlükəli vəziyyətə görə amerikalı diplomatların ailə üzvlərinin bu ölkədən evakuasiyasına icazə verib. ABŞ hökuməti bunun üçün 4 xüsusi reys təşkil edib. Bununla belə, Dövlət Departamentində qeyd ediblər ki, evakuasiya prosesi könüllü həyata keçirilir.
Bu gün Yaponiyada martın 11-də baş verən zəlzələ və sunamidə ölən və itkin düşənlərlə bağlı yeni rəsmi statistika da açıqlanıb. Ölən və itkin düşənlərin sayı 13 min nəfəri keçib. Ölənlərin sayı 5 min 200 nəfər, itkin düşənlərin sayı 8 min 606 nəfərdir.

533