Rusiya rəsmisi İrana qarşı savaşdan danışıb
Müəmmər Qəddafi rejiminin dağılması, böyük ehtimalla, hərbi yolla gerçəkləşəcək.
Dəyişiklik dalğasının bütün diktatura rejimlərini əhatə edəcəyi də istisna edilmir. Bu baxımdan, İrandakı hakimiyyətin də dəyişməsi gözləniləndir.
İslam Respublikasının yaxın müttəfiqi sayılan Rusiya da artıq İrana qarşı hərbi müdaxilədən söhbət açır.
«Regnum»un məlumatına əsasən, Rusiya təhlükəsizlik şurasının katibi Vladimir Nazarov ötən gün İranda vəziyyətin qarışacağı ehtimalından, özəlliklə, müharibənin olacağından danışıb.
«Strateji qlobal proqnozlar-2030» adlı konfransdakı məruzələrin önəmli olduğunu vurğulayan V.Nazarov deyib ki, həmin hesabatda İran ətrafında yaranmış təhlükə nəzərə alınmayıb: «Bölgədə baş verənlərin fonunda mən İranla savaşın başlayacağı ehtimalını böyük olduğu qənaətindəyəm».
O, əvvəllər də İran əleyhinə sanksiyaların sərtliyinə qarşı çıxış edir, bildirirdi ki, yasaqlar Tehranın atom-nüvə proqramından gözlənilən təhlükələrə uyğun olaraq tətbiq olunmalıdır. Bununla yanaşı, 2010-cu ilin fevralında «S-300» zenit raket qurğusunun İrana verilməsi ilə bağlı müqavilənin pozulmasına qarşı çıxmışdı.
V.Nazarov onu da bəyan edirdi ki, İrana hərbi zərbənin endirilməsi «böyük səhvdir». O, atom-nüvə proqramı ilə bağlı problemin diplomatik yolla həllini vacib sayırdı.
Nazarovun savaşla bağlı ehtimalında yeganə yenilik bunu Krelm təmsilçisinin deməsidir. Çünki Tehran hakimiyyəti İslam Respublikası yarandığı gündən savaşa hazırlaşır. Bundan başqa Amerika rəsmiləri də öz çıxışlarında İrana qarşı hərbi əməliyyatların başlayacağını istisna etmirlər.
Vladimir Nazarovun dediklərini Rusiyanın İrana silah satmaq istəyi ilə də əlaqələndirmək olar. Belə ki, İslam Respublikasına qarşı hərbi müdaxilə təhlükəsi gerçəkləşir iddiası ilə çıxış edən ruslar, dolayı yolla Tehrana silah almağı təklif edirlər.
Bu günlərdə Rusiyanın Müdafiə Nazirliyinin rəsmiləri bildirmişdilər ki, BMT-nin Tehrana bir sıra silah növlərinin satışına dair qadağasına baxmayaraq, İrana silah satmaları mümkündür. Federal hərbi-texniki əməkdaşlıq şurasının direktoru Mixail Dmitriyev deyib ki, BMT-nin qadağasının geniş sahəni əhatə etməsinə baxmayaraq, bir sıra başqa imkanlar var. Onun sözlərinə görə, məsələ iki ölkə arasında müzakirə olunur. Bu baxımdan, Kreml İran kimi silah bazarına yenidən girmək üçün özünə və Tehrana əsas verməyə çalışır.
Sədrəddin Soltan

541