İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında HƏMAS lideri Məhəmməd Sinvarın öldürüldüyünü ilk dəfə rəsmi olaraq təsdiqləyib.
Lent.az xəbər verir ki, Netanyahu bu barədə Knessetdə çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, İsrail ordusu iki həftə əvvəl Məhəmməd Sinvarı məhv edib.
Mayın 13-də İsrail ordusu Şin Betin köməyi ilə Məhəmməd Sinvarı öldürmək üçün əməliyyat keçirib. Bir həftə sonra, mayın 20-də HƏMAS-ın yüksək rütbəli rəsmisi Ossama Hamdan müsahibəsində terrorçu liderinin sağ olduğunu bildirib və onun Avropa Xəstəxanasının altındakı yeraltı tunellərdə olması ilə bağlı xəbərləri təkzib edib.
Qeyd edək ki, Məhəmməd Sinvar HƏMAS-ın keçmiş lideri Yəhya Sinvarın qardaşıdır.