Polşa klubunun oyunçusu Konfrans Liqasının bombardiri  oldu
29 may 2025 16:22 (UTC +04:00)

Polşa klubunun oyunçusu Konfrans Liqasının bombardiri oldu

2024/25 mövsümündə Konfrans Liqasının qalibi müəyyənləşəndən sonra bombardırlər yarışının son liderləri məlum olub.

Xatırladaq ki, finalda İspaniya "Betis"inə qalib gələn London "Çelsi"si bu titul qazanıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bununla belə, turnirin bombardiri komandası 1/4 final mərhələsində yarışı tərk edən oyunçu olub.

Qeyd olunur ki, "Yagelloniya"nın hücumçusu Afimiku Pululu Konfrans Liqasında 8 qol vuraraq turnirin bombardiri olub.

“Betis”in hücumçusu Sedrik Nakambu daha iki oyun keçirsə də, 7 qol vuraraq ikinci yeri tutub. İlk üçlüyü "Çelsi"nin hücumçusu Mark Qiu tamamlayıb - 7 oyunda qol vurub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar