İnqilab dalğası İranı da vurur
2009-cu ildə keçirilən prezident seçkiləri dönəmində baş verən qanlı qarşıdurmalardan sonra ilk dəfə hökumətin icazə verməməsinə baxmayaraq, İran müxalifəti Tehranda aksiya keçirib.
Lent.az-ın “Əl Ərəbiyyə” telekanalına istinadən verdiyi məlumata görə, dünən Misir və Tunisdə baş verən inqilabları dəstəkləmək üçün islahatçı müxalifət lideri Mirhüseyn Musəvinin çağırışı ilə İsfahan və Şiraz şəhərlərində minlərlə insan küçələrə çıxıb.
Aksiyaçılar “Diktatrora ölüm!” şüarları səsləndiriblər. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazlardan və plastik güllələrdən istifadə edib. Müxalifət internet saytları onlarla insanın saxlanıldığını yaxıb. Tehranda 1 aksiya iştirakçısının öldüyü barədə məlumat yayıb.
Polis müxalifət lideri Mirhüseyn Musəvinin aksiyaya qatılmasının qarşısını alıb. İran polisi Mirhüseyn Musəvi və xanımı Zəhranın meydana gəlməməsi üçün onun evinə gedən yolları bağlayıb, telefon xəttini kəsiblər. Mirhüseyn Musəvinin baş məsləhətçisi Ərdəşir Əmir Ərcümənd “lenziran.com” saytında İrana gələn Türkiyə prezidenti Abdulla Gülü aksiyalara qatılmağa çağırıb. Tehranda mətbuata açıqlama verən Abdulla Gül isə Orta Şərq ölkələrində hökumətləri xalqlarının əsaslı tələblərini dinləməyə çağırıb.
ABŞ da İran müxalifətinə açıq dəstək verib. ABŞ dövlət katibi Hillari Klinton deyib ki, iranlılar da misirlilər və tunislilər kimi azadlıqlara layiqdirlər. O, Barak Obama administrasiyasının İranda küçələrə çıxan xalqın istəklərini dəstəklədiyini bəyan edib. Hillari Klinton Misirdə aksiyaçıları dəstəkləyən İran rejimini öz ölkəsində insanlara təzyiq göstərdiyini vurğulayıb.

574