Sultan Süleyman Qanuninin ürəyi axtarılır
05 oktyabr 2009 17:15 (UTC +04:00)

Sultan Süleyman Qanuninin ürəyi axtarılır

Ümid var, iz yox...


İstanbul Universiteti Macarıstanın Pecs Universiteti ilə birgə həyata keçirilən layihə çərçivəsində Macarıstandakı Zigetvar qalasının mühasirəsi zamanı 1566-cı ildə 72 yaşında vəfat etmiş Sultan Süleyman Qanuninin ürəyini axtarır.

Lent.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi xəbərə görə, Zigetvar qalasının mühasirəsi zamanı ölən Sultan Süleyman Qanuninin daxili orqanları qalanın ətrafında basdırılıb.

Bölgədə bir qrup arxeoloq çalışır. Sültan Süleyman Qanuninin ürəyinin basdırıldığı türbə anlamına gələn “Türbek” bölgəsində arxeoloji qazıntılar aparan doktor Fatih Elçil deyib ki, Qanuninin oğlu 2-ci Sultan Səlim atasının daxili orqanlarının basdırıldığı yerdə türbə tikdirib. Ancaq Macarıstanın Osmanlının nəzarətindən çıxmasıyla 150 il sonra həmin türbə dağıdılıb, yox edilib. İndi həmin türbənin yerini müəyyənləşdirmək istiqamətində axtarışlar gedir
Qeyd edək ki, Zigetvar qalasının mühasirəsi zamanı Sultan Süleyman Qanuni ölsə də, döyüşçülərin ruhdan düşməməsi üçün onun ölüm xəbəri gizlədilib. Cəsədin qoxmaması üçün daxili orqanları çıxarılıb və basdırılıb. Qalanın fəthindən sonra Sultan Süleyman Qanuninin cəsədi İstanbula gətirilərək Süleymaniyyə məscidində basdırılıb.
Pecs Universitetinin professoru Hancs Erika bildirib ki, ümid olsa da, hələ bir izə rast gəlinməyib.
Sultan Süleyman Qanuninin ürəyinin axtarışları ilə bağlı layihənin bir neçə il davam edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566

Oxşar yazılar