Ayasofyadakı 4 əsrlik sirli türbələr açıldı
07 sentyabr 2009 11:30 (UTC +04:00)

Ayasofyadakı 4 əsrlik sirli türbələr açıldı

Bu tarixi kompleksdə aparılan təmir işləri zamanı 400 il əvvələ aid Kəbə örtükləri və paltarlar tapılıb
1000 il əvvəl tikilmiş, əvvəllər kilsə, İstanbulun fəthindən sonra məscidə çevrilmiş, bəzi sirləri hələ də çözülməmiş Ayasofyanın bir özəlliyi də orada 5 türk sultanına aid türbələrdə 142-dən çox insanın dəfn edilməsidir.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 16-cı və 17-ci əsrlərdə tikilən, 50 ildir ziyarət üçün qapalı olan türbələri türk jurnalistlər professor Haluk Dursun ilə gəziblər və türbələrdə kimlərin basdırıldığı məlum olub.
Bu türbələrdən birincisi Sultan Süleyman Qanuninin oğlu İkinci Səlim və onun xanımı Nurbanu Sultan üçün 1577-ci ildə memar Sinan tərəfindən tikilib. Türbədə cəmi 42 məzar var.
İkinci türbə İkinci Səlimin oğlu Üçüncü Murad və onun xanımı Safiyə Sultan üçün memar Davud Ağa tərəfindən 1599-cu ildə inşa olunub. Üçuncü Muradın oğlu Üçüncü Mehmetin taxta çıxarkən boğdurub öldürtdüyü 19 qardaşı da burada uyuyur. Burada sultan ailəsiylə birlikdə, cəmi 54 məzar var.
Üçüncü Mehmet türbəsi 1608-ci ildə memar Dalğıc Əhməd tərəfindən tikilib. Üçüncü Mehmetin anası Handan Sultan və digər qohumlarıyla birlikdə, türbədə 26 məzar var.
Şahzadələr türbəsi 16-cı əsrdə tikilib. Ancaq burada dəfn edilmiş şahzadələrin sayı dəqiq bilinmir, təxminən 15 nəfərin basdırıldığı güman edilir.
Ayasofyanın kilsə kimi fəaliyyət göstərdiyi dövrlərdə xaç suyu mərasiminin yerinə yetirildiyi yerdə tikilən türbədə Birinci Sultan Mustafa və Sultan İbrahim basdırılıb. Onlarla birgə 12 sultan ailəsi üzvünün məzarı da buradadır. Sultanların nədən xaç suyu mərasimi yerinə yetirilən bir yerdə dəfn edilmələri hələ də sirr olaraq qalır.
Ümumiyyətlə, bu türbələrdə basdırılmış 130 nəfərin kimliyi hələ də bilinmir.
Ayasofyada illərdir davam edən təmir işləri zamanı oradan 400 il əvvələ aid Kəbə örtükləri və paltarlar da tapılıb. Professor Haluk Dursun həmin paltarların sonradan muzey eksponatı kimi nümayiş olunacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1038

Oxşar yazılar