İran bu dəfə insan haqlarına görə sanksiyaya məruz qala bilər
03 fevral 2011 19:27 (UTC +04:00)

İran bu dəfə insan haqlarına görə sanksiyaya məruz qala bilər

Xatırladaq ki, bir müddət öncə Zəhra Bəhrami barəsində İslam Respublikasının İnqilab Məhkəməsi ölüm hökmü çıxarmışdı.

Ötən həftənin sonunda 45 yaşlı bu qadın narkotik maddələrin qaçaqmalçılığında günahlı bilinərək, dar ağacından asılıb.

“HRANA”-nın (“Human Rights Activists News Agency”) məlumatına əsasən, o, 2009-cu ilin “Aşura” günü keçirilən etiraz aksiyası zamanı tutulanların arasında olub. Etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında baş vermiş həmin toqquşmada 15 nəfər həlak olmuş, 300 nəfər isə tutulmuşdu.

Niderland hakimiyyəti Zəhra Bəraminin həbsindən bir il sonra xəbər tutub. Məhkumun vəkili Jinus Şərifrazi məsələ ilə bağlı məlumatın yayılmasına icazə verməyib. “HRANA” qeyd edib ki, İran məhkəməsi vəkilə israrla “məsləhət” görüb ki, informasiya vasitələri ilə təmaslardan imtina etsin, Niderlandın Tehrandakı səfirliyi ilə əlaqələri məhdudlaşdırsın.

Məhkəmənin qərarına əsasən, müttəhimin əmlakı, o cümlədən şəxsi avtomobili və maliyyə vəsaiti müsadirə olunub. Niderland səfirliyinin məsələyə müdaxilə etmək cəhdi uğursuzluqla başa çatıb. İran hakimiyyəti Zəhra Bəhraminin ikili vətəndaşlığını tanımaqdan imtina edib. İslam Respublikasının qanunlarına əsasən, eyni zamanda başqa dövlətin vətəndaşı olanlar yalnız İran vətəndaşı kimi tanınır.

Edam hökmünün icrasından sonra Niderland İranla bütün əlaqələri kəsdiyini bəyan edib.

Edam hökmlərindən göründüyü kimi, dar ağacından asılanların hamısı eyni maddə ilə ittiham olunub. Bu isə hökmlərin ədalətli olmasına şübhə yaradır. Həmin məhkəmə proseslərinin qapalı keçirilməsi, oxşar hökmlərin sayının az qala hər gün çoxalması İran hakimiyyətinin, o cümlədən ədliyyə sisteminin “ədalətindən” xəbər verir. Zəhra Bəhraminin mövcud hakimiyyətə müxaliflərdən olması da bunu təsdiqləyir.

Avropa Parlamentinin üzvləri Niderland konsulluğu əməkdaşlarının Z.Bəhrami ilə görüşə buraxılmamasından, onun məhkəmə prosesinin şəffaf və ədalətli keçirilməməsindən rahatsız olduqlarını bildiriblər.

Avropa Birliyi nazirlərinə ünvanlanmış həmin sənədə Komitə üzvlərindən 62-si lehinə, 3-ü əleyhinə səs verib, iki deputat isə tərəfsiz qalıb. Bu qətnamə cari ilin martında Strasburqda birliyin yığıncağında səs verməyə qoyulacaq.

Komitə üzvləri onu da bəyan edib ki, İslam Respublikasında insan haqlarının qorunması və nüvə proqramının çərçivədən çıxmaması üçün İran yönəlik yeni strategiyanın hazırlanmasının vaxtı çatıb.

Xarici işlər komitəsinin (bu qurum əsasən Avropa Birliyi ölkələri xarici işlər nazirlərindən ibarətdir) 2009-cu ilin iyununda mübahisəli prezident seçkisindən sonra insan haqlarının pozulmasına görə, ölkənin bir sıra vəzifəli şəxsinə sanksiya tətbiq edildiyini vurğulayaraq, bu istiqamətdə yenisinin qəbulunu vacib sayıblar.

Avropa Parlamentindəki Xalq Partiyası fraksiyasının üzvü Mixail Qahler jurnalistlərə açıqlamasında İranda insan hüquqlarının kobud şəkildə pozulmasından danışıb: “Avropa Birliyi Əhmədinejad hökumətinin üzvlərinə qarşı məqsədli sanksiyaları genişləndirməlidir. İran hakimiyyətində mühüm vəzifələr tutan şəxslərə və başqa rəsmilərə sanksiya qoyulmalıdır. İnsan hüquqlarını pozan bu şəxslərin Avropa Birliyinə səfərinə məhdudiyyətlər tətbiq edilməli, onlara viza verilməsi sərtləşdirilməli və bank hesabları dondurulmalıdır”.

ABŞ Dövlət Departamenti də İslam Respublikasındakı edamlardan rahatsız olduğunu bir daha bəyan edib. Qurumun təmsilçisi Filip Krouli bildirib ki, İranda insanların hüquq və azadlıqları kobudcasına pozulur. O, Zəhra Bəhraminin edamından təsirləndiklərini deyərək, Tehrandan vətəndaşların hüquqlarını pozulmayacağına dair zəmanət istəyib.

ABŞ Maliyyə Nazirliyi ayın əvvəlində bəyanat yayaraq İranın raket proqramı ilə əməkdaşlıq edən ticarət şirkətlərinə və 3-ü İran vətəndaşı olmaqla 5 nəfərə sanksiya qoyduğunu bildirib.

Yasağa məruz qalanlar İranın raket proqramını avadanlıqlarla təmin edən şəbəkənin idarəçiləri - İran vətəndaşları Məhəmməd Cavad Cəfəri, Milad Cəfəri, Mani Cəfəri və adları açıqlanmayan 2 Türkiyə vətəndaşıdır. Sanksiya həmçinin İranın Kosmik Sənaye Təşkilatına raket proqramı ilə bağlı xidmətlər göstərən və mərkəzi ofisləri İstanbulda olan 3 şirkəti də əhatə edir.

Bu şəxslərin və şirkətlərin İranın Kosmik Sənaye Təşkilatına 7 milyon dollar dəyərində texniki avadanlıq satdığı vurğulanır.

Yeri gəlmişkən, İranın yeni xarci işlər naziri Əliəkbər Salehi də atomçu kimi Avropa dövlətlərinin “qara siyahı”sındadır. İran Xarici İşlər Nazirliyinin sözçüsü R.Mehmanpərəstin sözlərinə görə, bu hal xarici işlər nazirinin fəaliyyətinə təsir etməyəcək. İslam Respublikasının vəzifəli şəxsləri ilə birlikdə avropalılar Ə.Salehini də atom-nüvə sahəsindəki fəaliyyətinə görə siyahıya salıblar. Həmin vəzifəlilərin Avropa ölkələrinin ərazisinə daxil olması yasaqdır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35