Baş nazirlər görüşdülər
Ərdoğan, Putin və Berluskoni enerji məsələlərini müzakirə etdilər
Ankarada Türkiyə, Rusiya və İtaliya arasında enerji sahəsində bir neçə sənəd imzalanıb.
Lent.az-ın məlumatına görə, sənədləri baş nazirlər Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Silvio Berluskoni imzalayıblar. İmzalama mərasimindən sonra Ərdoğan və Putin mətbuat konfransı keçiriblər. Berluskoni konfransın keçirildiyi zala daxil olsa da, tribunaya çıxmayıb, iki həmkarını dinləyib.
Ərdoğan bildirib ki, Türkiyə ilə Rusiya arasında münasibətlər gündən-günə inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi 40 milyard dollar təşkil edir. Rusiya Türkiyənin birinci, Türkiyə isə Rusiyanın beşinci ticarət ortağıdır.
“Putinin səfəri zamanı TÜPRAŞ, TETAŞ, AKSA Enerji və Çalık Holding kimi şirkətlərimiz rusiyalı şərikləri ilə 8 sənəd imzalayıb. İki ölkədəki hərtərəfli işbirliyinin koordinasiyası üçün hökumətlərarası üst səviyyədə görüşlər keçirməyə qərar verdik. Bunu ilk dəfə 2010-cu ilin əvvəlində Rusiyada həyata keçirəcəyik”, - deyə baş nazir bildirib.
Ərdoğan qeyd edib ki, Türk-Rus Kolleci və Türk-Rus Universitetinin yaradılması təklifi də irəli sürülüb.
Ərdoğan “Putinlə görüşdən sonra Berluskoni ilə bir araya gəldik və sonra üçlü görüşümüz oldu” deyə sözünü bitirib.
Putin isə iki ölkə arasında enerji sahəsində əldə edilən razılaşmaları müsbət dəyərləndirib. Baş nazirlər daha sonra jurnalistlərin suallarını cavablandırıblar.

1083