Türkiyə parlamentinin yeni sədri Mehmet Ali Şahin oldu
05 avqust 2009 18:30 (UTC +04:00)

Türkiyə parlamentinin yeni sədri Mehmet Ali Şahin oldu

Türkiyə Böyük Millət Məclisinin sədri üçüncü turda seçildi.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, AKP-nin namizəd Mehmet Ali Şahin 338 səs toplayaraq parlament sədri postuna yiyələnib.
Mehmet Ali Şahin parlament sədri vəzifəsini yerinə yetirərkən tərəfsiz şəxs kimi davranacağını söyləyib. O, Aatürkün qurduğu cümhuriyyəti daha da inkişaf etdirmək üçün çalışacağına söz verib.

Xatırladaq ki, Mehmet Ali Şahin dünən keçirilən birinci turda 315, ikinci turda 322 səs almışdı.
Üçüncü turda DTP-nin namizədi Hasip Kaplan namizədliyini geri götürmüşdü. Bu gün baş nazir Rəcəb Tayyib Ərdoğanla DTP sədri Ahmet Türk də ilk dəfə bir araya gələrək görüşmüşdülər. Siyasi müşahidəçilər Mehmet Ali Şahinin səsini üçüncü turda nisbətən artırmağa nail olmasını AKP-DTP münasibətlərindəki istiliklə əlaqələndirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1445

Oxşar yazılar