Putinin qol saatını çoban oğluna bağışladı
05 avqust 2009 17:00 (UTC +04:00)

Putinin qol saatını çoban oğluna bağışladı

Baş nazir Tuvada birgünlük məzuniyyətdə olub

Rusiyanın baş naziri Vladimir Putin Tuva Respublikasında birgünlük məzuniyyətdə olub. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, baş nazir günün ilk yarısını çayda çimməyə, çobanların həyatı ilə tanış olmağa həsr edib.

Bazar gününün qalan hissəsini və bazar ertəsini isə baş nazir Xemçik çayının sahilindəki çadır düşərgəsində keçirib. Bir gün sonra səyahətin ilk fotoları yayılıb.

Hökumət rəhbəri çayda rezin qayıqda bir neçə dəfə o baş-bu başa üzüb. Bundan sonra o, qarşılaşdığı çobanın oğluna öz qol saatını hədiyyə edib.

Xatırladaq ki, Putin 2007-ci ildə də Tuvaya səyahət etmiş, qədim Por-bajın qalasının qalıqları ilə tanış olmuş, Xemçik və yenisey çaylarında üzmüşdü. Həmin vaxt Putinlə birgə Monako knyazı 2-ci Albert də səyahətə qatılmışdı.
# 991

Oxşar yazılar