Antalya cazibəsi erməniləri bir-birinə vurdu
05 avqust 2009 13:00 (UTC +04:00)

Antalya cazibəsi erməniləri bir-birinə vurdu

Turizm cənnətinə erməni axını ölkədə ciddi narazılıqla qarşılanıb

Türkiyənin turizm bölgələrinə erməni turistləri axın edir.

Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən yaydığı məlumata görə, bu sırada Antalya xüsusi yer tutur.

İrəvandakı turizm şirkətləri öncəki illərlə müqayisədə Türkiyəyə turist kimi getmək istəyənlərin sayının iki dəfə artdığını bildirib.

Antalya və İrəvan arasında həftədə 4 dəfə həyata keçirilən təyyarə uçuşları turistləri daşımaq üçün yetmir.

“Sabah” qəzeti yazır ki, prezident Serj Sərkisyanın “sərhədlər açılmasa, futbol yığmalarının Türkiyədə keçiriləcək görüşünə getməyəcəyəm” bəyanatını verməsindən sonra Ermənistandakı bəzi qruplar turist səfərlərinə etiraz bildirməyə başlayıb.

Ermənistan İnqilab Federasiyasının gənclik qolu bu istiqamətdə xüsusi fəallıq göstərir. Onlar “Antalyaya yox!” kampaniyası keçirirlər. Əsas iddiaları da budur ki, erməni turistlərin Antalyada xərclədikləri pullar Türkiyə ordusunun silahlanmasına xərclənir.

Bəzi ermənilər isə bunu “türklər bizə xidmət edirlər” kimi qiymətləndirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1252

Oxşar yazılar

Futbol stadionunda izdiham zamanı 11 nəfər öldü

Futbol stadionunda izdiham zamanı 11 nəfər öldü

5 iyun 2025 , 11:52
Tarixin ən isti ili   nə vaxt olacaq?

Tarixin ən isti ili nə vaxt olacaq?

5 iyun 2025 , 06:34
Rusiyalı model narkotik təbliğinə görə  hakim qarşısına çıxarılır

Rusiyalı model narkotik təbliğinə görə hakim qarşısına çıxarılır

5 iyun 2025 , 02:24
Tramp Putinlə danışdı

Tramp Putinlə danışdı

4 iyun 2025 , 21:04
İndi də bir günə 2000 kişi ilə  yatacaq

İndi də bir günə 2000 kişi ilə yatacaq

4 iyun 2025 , 19:59
Bəbir babanın yanında  5 yaşlı uşağı parçaladı

Bəbir babanın yanında 5 yaşlı uşağı parçaladı

4 iyun 2025 , 13:02
Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

3 iyun 2025 , 21:12
Ukrayna Krım körpüsünü  partlatdı -VİDEO

Ukrayna Krım körpüsünü partlatdı -VİDEO

3 iyun 2025 , 15:41