Alman kəşfiyyatının Maykl Ceksonla bağlı iki planı üzə çıxıb
Müğənninin adı “Ştazi”nin sənədlərində keçir
Dünya pop musiqisinin kralı Maykl Ceksonun adı Almaniyanın xüsusi xidmət orqanı “Ştazi”nin arxiv sənədlərində keçir. Lent.az-ın məlumatına görə, bu barədə Almaniyada çıxan “Bild” nəşri məlumat yayıb. Məlum olub ki, Almaniya Demokratik Respublikasının məxfi xidmət orqanı hələ 1988-ci ildə, müğənninin ölkə paytaxtında keçiriləcək konsertindən qabaq onun haqqında məlumatlar toplamaqla məşğul olub.
“Ştazi”ni ən çox narahat edən məsələ konsertin yeri ilə bağlı idid – Cekson Berlin divarlarının düz yanında çıxış edirdi. Zabitlər qorxurdular ki, gənclər o vaxt Qərbi və Şərqi Berlinin bölünməsinin simvolu sayılan Brandenburq qapılarının yanında iğtişaş tərədə bilər.
“Bild” yazır ki, 4 may 1988-ci il tarixli sənəddə (Ceksonun konserti iyulun 19-da olub) aqressiv əhval-ruhiyyəli gənclərlə polis arasında toqquşma təhlükəsindən bəhs edilir.
Hadisələrin bu cür inkişafının qarşısını almaq üçün “Ştazi” elə bir plan hazırlayır ki, konsertə bilet alanlardan heç kim Berlin divarına və Brandenburq qaılarına yazın düşə bilməsin. Bununla kəşfiyyatçılar müğənninin ADR-dən olan pərəstişkarlarını Şərqi Berlindəki stadiona doğru qovmağı və şounu 2 dəqiqəlik yubanma ilə böyük ekranlarda translyasiya etməyi təklif edirdilər.
Bundan başqa, “Ştazi” iğtişaşların Qərbi Berlindən başlaya biləcəyini də nəzərdən qaçırmayıb. Bu hal üçün də plan hazırdı: Qərb tərəfdən “siyasi təxribat” olacağı halda, konsertin stadionda canlı translyasiyasını dayandırıb, müğənninin əvvəlki konsertlərinin lent yazılarını nümayiş etdirmək.
Bununla belə, 1988-ci il iyulun 19-da “Ştazi”nin hazırladığı sənədlərin heç birinə ehtiyac qalmayıb. Maykl Ceksonun “Bad World Tour” turnesi çərçivəsində verdiyi konsert adı şəraitdə keçib, tamaşaçıların Berlin divarlarına yaxın düşmək cəhdlərinin qarşısı siə polis tərəfindən alınıb.
25 iyun 2009-cu ildə 50 yaşında vəfat edən “kral”ın bu sənəddən xəbərdar olub-olmadığı isə bilinmir...

1106