Türkiyədə 50 nüvə bombası var
29 iyul 2009 14:30 (UTC +04:00)

Türkiyədə 50 nüvə bombası var

Nüvə silahları ilə bağlı sensasion məlumatlar açıqlanıb


Belçika Senatında nüvə silahının yayılmasının qadağan edilməsiylə bağlı təqdim olunan qanun layihəsində bu vaxta qədər məlum olmayan, sensasiya doğuracaq faktlar yer alıb.

Lent.az-ın Türkiyənin “Vətən” qəzetinə istinadən yaydığı xəbərə görə, qanun layihəsində Avropadakı nüvə silahları ilə əlaqədar məlumatlar verilib.

Qanun layihəsi Amerika Elm Adamları Federasiyasının hesabatına əsaslanıb. Amerika Elm Adamları Federasiyasının hesabatında qeyd olunub ki, Avropadakı ABŞ hərbi bazalarında 240 nüvə bombası var.

Sosialist Filippe Mahouksun hazırladığı layihədə Türkiyə Avropada nüvə silahlarının olduğu ilk beş ölkə sırasında göstərilib. Sənəddə yazılır ki, ABŞ İkinci Dünya Müharibəsindən sonra ABŞ Avropada yerləşdirdiyi 9 min nüvə bombasının 97 faizindən çoxunu çıxarıb. Ancaq Fransa və İngiltərədə onların öz istehsalları olan nüvə silahları olduğu kimi qalır, Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədəki NATO bazalarında da nüvə bombaları saxlanmaqdadır.


Amerika Elm Adamları Federasiyasının hesabatında ABŞ-ın Türkiyədəki “İncirlik” hərbi bazasında ən azı 50 nüvə bombası olduğu bildirilib. İtaliyada 70-90, Belçika, Almaniya və Hollandiyada isə 10-20 aralığında nüvə bombası olduğu vurğulanıb.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1128

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38