Sarkozinin çiçəkləri fransızları əsəbiləşdirib
23 iyul 2009 12:00 (UTC +04:00)

Sarkozinin çiçəkləri fransızları əsəbiləşdirib

Prezident hər gün Karla Bruniyə 1000 dollarlıq gül-çiçək alırmış

Fransa prezidenti Nikolas Sarkozinin Prezident sarayında xərcləri ilə bağlı hesabat açıqlanıb.
Lent.az türk mətbuatına istinadən yazır ki, prezident hər gün həyat yoldaşı Karla Bruniyə ən azı 1000 dollarlıq gül-çiçək alırmış. Bu da ildə 400 min dollardan çox pul edir.
Məlum olub ki, Karla Bruni gül-çiçək həvəskarıdır və saraydakı vazaları hər gün yeniləyir.
Fransa mətbuatı Nikolas Sarkozinin dövlətin yar;m milyon dollara qədər pulunu gül-çiçəyə xərclədiyi üçün “topa tutub”.
Prezident sarayının xərcləmələr üzrə təmsilçisi isə gül-çiçəyə çəkilən xərclərin yaxın vaxtlarda azaldılacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1091

Oxşar yazılar