İş adamı boşandığı arvadına 50 milyon dollar ödədi
18 iyul 2009 10:32 (UTC +04:00)

İş adamı boşandığı arvadına 50 milyon dollar ödədi

Amerikalı milyonçu, “UTC” şirkətinin sahibi Corc Devid arvadından boşanmaq üçün 50 milyon dollardan çox pul ödəyib.


Lent.az-ın məlumatına görə, iş adamı 2002-ci ildə isveçli Kontes Marie Duqlas-Devidlə ailə qurub. Nikah müqaviləsində cütlüyün boşanacağı təqdirdə Devidin arvadına 43 milyon dollar ödəməsi maddəsi yer alıb. Ancaq Kontes 2005-ci ildə imzalanan nikah müqaviləsindəki göstərilən rəqəmin az olduğunu bildirib. O, ərinin 329 milyon dollarlıq sərvətindən 99 milyon dollar tələb edib.


Mart ayında başlayan məhkəmə bu günlərdə başa çatıb. Məhkəmə Corc Devidin Kontesə 49 milyon dollar ödəməsi və bir neçə daşınmaz əmlakını ona verməsi barədə qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1331

Oxşar yazılar