İranda vəziyyət yenidən gərginləşib
Ən az 15 nəfərin həbs olunduğu bildirilir
Bu gün Tehran Universitetində cümə xütbəsini İranın Məsləhət Şurasının sədri, sabiq prezident Haşimi Rəfsəncani verib.
Lent.az.-ın türk mətbuatına istinadən yaydığı məlumata görə, Rəfsancani xütbədə son prezident seçkilərinin nəticələrinə bir çox iranlının şübhəylə yanaşdığını, bu şübhələrin aradan qaldırılmasının, seçki etirazlarına qatıldıqları üçün saxlanılanların sərbəst buraxılmasının vacib olduğunu bildirib. O, hüquqi çərçivədə mətbuat azadlığına da hörmətlə yanaşılmasının vacib olduğunu söyləyib.
İslahatçı prezidentliyə namizəd Mirhüseyn Musəvinin tərəfdarlarının ucadan səsləndirdikləri şüarlar Haşimi Rəfsəncaninin sözlərinə bir müddət ara verməsinə səbəb olub.
Xütbədən sonra Tehran Universitetinin yaxınlığında Mirhüseyn Musəvi tərəfdarları toplaşıb. Polis nümayiş iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Ən azı 15 nəfər saxlanılıb.

1092