Turizm üçün ən təhlükəsiz ölkələr
19 iyun 2009 13:45 (UTC +04:00)

Turizm üçün ən təhlükəsiz ölkələr

Amerikanın “Forbes Traveler” jurnalı turistlər üçün dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini tərtib edib. Lent.az-ın məlumatına görə, birinci üç yeri İsveçrə, Yeni Zelandiya və Sinqapur bölüşüblər.

Amerikalı ekspertlər araşdırma zamanı BMT-nin və ABŞ Dövlət Departamentinin məlumatlarını nəzərə alıblar. Bu zaman xarici vətəndaşlara qarşı cinayətlər, təbii fəlakətlər, sosial, siyasi təlatümlər və terrorçuluq faktları nəzərdən keçirilib.

İsveçrədə dünyanın üç ən təhlükəsiz şəhərləri yerləşir: Bern, Sürix və Cenevrə. Yeni Zelandiya sakinləri özlərinin sakit təbiətləri ilə seçilirlər – bu ölkə ağır cinayətlərin səviyyəsinə görə sonuncu yerdədir. Sinqapurda isə turistlərin təhlükəsizliyi xüsusi xidmət orqanları səviyyəsində diqqətlə qorunur.

Reytinqə İrlandiya, İslandiya, Kipr, BƏƏ və Butan kimi ölkələr də daxil olub.

“Forbes” turistlər üçün ən təhlükəli ölkələrin də siyahısını dərc edib. Gözlənildiyi kimi, bu siyahıya İraq və Əfqanıstan başçılıq edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1284

Oxşar yazılar

İsrail Qəzzanı VURDU:   43 nəfər öldü

İsrail Qəzzanı VURDU: 43 nəfər öldü

6 aprel 2025 , 23:36
Xamenei tapşırıq verdi

Xamenei tapşırıq verdi

6 aprel 2025 , 19:31
Qəzzada ölənlərin sayı artdı

Qəzzada ölənlərin sayı artdı

6 aprel 2025 , 18:13
aktrisa Lyudmila Suvorkina

Aktrisanın mənzildə yanmış meyiti tapıldı

6 aprel 2025 , 17:28
Ahmet Levendoğlu

Tanınmış aktyor vəfat etdi

6 aprel 2025 , 16:43
Özgür Özəl,  Cümhuriyyət Xalq Partiyasının sədri

Özgür Özəl yenidən seçildi

6 aprel 2025 , 15:40
ABŞ tarixində ilk dəfə belə addım atıldı

ABŞ tarixində ilk dəfə belə addım atıldı

6 aprel 2025 , 14:24
İranda zəlzələ oldu

İranda zəlzələ oldu

6 aprel 2025 , 14:13