Dünyanın ən yaşlı qadını Limpopoda vəfat edib
İyunun 4-də Cənubi Afrika Respublikasında dünyanın ən yaşlı qadını vəfat edib.
Lent.az-ın “Mail & Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, Limpopo əyalətinin baş naziri Kassel Matale Moloko Temo adlı qadının 135 yaşı olduğunu bildirib. Moloko Temo bütün ömrünü Limpopoda keçirib.
Matale bildirib ki, qadın əsl demokrat və CAR-ın azadlığının müdafiəçilərindən olub: “Biz fəxr edirik ki, Moloko Temo 2009-cu il aprelin 22-də keçirilən ümumi seçkilərdə şəxsən iştirak edib”.
Temonun yaşı rəsmən təsdiq edilmədiyindən Ginnesin rekordlar Kitabına salınmayıb. Bu kitabdakı rəsmi məlumata görə, hazırda dünyanın ən yaşlı qadını Los-Ancelesdə yaşayan Qertruda Beynsdir. Onun 115 yaşı var.

Oxşar yazılar

Yük avtomobili aşdı: 250 milyon arı təbiətə səpələndi
2 iyun 2025 , 03:39
Haqqında tamamilə heç nə eşitmədiyiniz 4 unikal ölkə
1 iyun 2025 , 15:57
Ukrayna Rusiya hərbi aerodromlarına PUA hücumu həyata keçirib, 40 hərbi təyyarə məhv edildi -VİDEO
1 iyun 2025 , 15:44
Rusiyada körpü aşdı: 7 ölü, 30-dan çox yaralı var - YENİLƏNİB
1 iyun 2025 , 04:02
Avtobus körpüdən aşdı: 20 nəfər öldü
1 iyun 2025 , 03:05
"Dünya gözəli" seçildi
31 may 2025 , 23:25
Məhəmməd Sinvar öldürüldü
31 may 2025 , 22:12