Cənubi Qafqazdakı münaqişələr Astanada müzakirə olunacaq
29 may 2009 16:15 (UTC +04:00)

Cənubi Qafqazdakı münaqişələr Astanada müzakirə olunacaq

İyunun 24 və 25-də Astanada Avro Atlantik Əməkdaşlıq Şurasının (EAPC) Təhlükəsizlik Forumu keçiriləcək. Lent.az-ın bildirdiyinə görə, bu barədə NATO-nun mətbuat xidmətindən məlumat yayıb.

NATO-ya üzv və tərəfdaş ölkələrin nümayəndələrinin qatılacağı forumda NATO-nun baş katibi Yaap de Hoop Sxeffer də iştirak edəcək.

“Tədbirdə Əfqanıstanda sülhün təmin olunmasına beynəlxalq dəstək məsələləri, həmçinin İSAF qüvvələrinin təchizat marşrutları ilə bağlı geniş müzakirələrin aparılması gözlənilir. Forumun mövzularından biri də Cənubi Qafqazdakı münaqişələr və bunun Avro Atlantik məkanda təhlükəsizliyə təsirləridir”, - deyə NATO-dan bildirilib.

Forum çərçivəsində enerji təhlükəsizliyi, NATO-nun Elm Proqramı çərçivəsində Qafqaz və Mərkəzi Asiya regionunda görülən işlər, “Virtual İpək Yolu” sürətli internet magistralının genişləndirilməsi, Özbəkistanda başlanmış melanjın (raket yanacağı) ləğvi layihəsinin təqdimatı keçiriləcək. Forum çərçivəsində Elm Fondunun iclasında bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan alimlərin çıxışı gözlənilir.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1435

Oxşar yazılar

Dəməşq yaxınlığında bir neçə partlayış baş verdi

Dəməşq yaxınlığında bir neçə partlayış baş verdi

7 aprel 2025 , 07:58
İsrail Qəzzanı VURDU:   43 nəfər öldü

İsrail Qəzzanı VURDU: 43 nəfər öldü

6 aprel 2025 , 23:36
Xamenei tapşırıq verdi

Xamenei tapşırıq verdi

6 aprel 2025 , 19:31
Qəzzada ölənlərin sayı artdı

Qəzzada ölənlərin sayı artdı

6 aprel 2025 , 18:13
aktrisa Lyudmila Suvorkina

Aktrisanın mənzildə yanmış meyiti tapıldı

6 aprel 2025 , 17:28
Ahmet Levendoğlu

Tanınmış aktyor vəfat etdi

6 aprel 2025 , 16:43
Özgür Özəl,  Cümhuriyyət Xalq Partiyasının sədri

Özgür Özəl yenidən seçildi

6 aprel 2025 , 15:40
ABŞ tarixində ilk dəfə belə addım atıldı

ABŞ tarixində ilk dəfə belə addım atıldı

6 aprel 2025 , 14:24