“Donuz qripi”nin coğrafiyası genişlənir
Ötən şənbə və bazar daha 6 ölkədə A(H1N1) virusu qeydə alınıb
İki gün ərzində “Donuz qripi” - A(H1N1) virusunun qeydə alındığı ölkələrin sayı 33-dən 39-a qalxıb. Həmin ölkələrdə 8480 laborator təsdiq olunmuş A(H1N1) qrip hadisəsi qeydə alınıb.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 17 may tarixinə dünyanın Meksika, ABŞ, Kanada, Kosta-Rika, Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Çin (Honq Konq), Kolumbiya, Kuba, Danimarka, Ekvador, Salvador, Finlandiya, Fransa, Almaniya, Qvatemala, Hindistan, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Malayziya, Niderland, Yeni Zelandiya, Norveç, Panama, Peru, Polşa, Portuqaliya, Koreya, İspaniya, İsveç, İsveçrə, Tailand, Türkiyə və Birləşmiş Krallıqda 8480 laborator təsdiq olunmuş A(H1N1) qrip hadisəsi qeydə alınıb. Bunlardan Meksikada 66, ABŞ-da 4, Kanada və Kosta-Rikada hərəsində 1 hadisə ölümlə nəticələnib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının mayın 15-də yaydığı məlumatda həmin günədək bu virusa tutulan ölkələrin sayı 33 göstərilmişdi. Həmin siyahıda Türkiyənin, Ekvador, Peru, Belçika, Hindistan və Malayziyanın adı yox idi.
Elxan SALAHOV

Oxşar yazılar

Yük avtomobili aşdı: 250 milyon arı təbiətə səpələndi
2 iyun 2025 , 03:39
Haqqında tamamilə heç nə eşitmədiyiniz 4 unikal ölkə
1 iyun 2025 , 15:57
Ukrayna Rusiya hərbi aerodromlarına PUA hücumu həyata keçirib, 40 hərbi təyyarə məhv edildi -VİDEO
1 iyun 2025 , 15:44
Rusiyada körpü aşdı: 7 ölü, 30-dan çox yaralı var - YENİLƏNİB
1 iyun 2025 , 04:02
Avtobus körpüdən aşdı: 20 nəfər öldü
1 iyun 2025 , 03:05
"Dünya gözəli" seçildi
31 may 2025 , 23:25
Məhəmməd Sinvar öldürüldü
31 may 2025 , 22:12