Tbilisidə NATO təlimləri keçirilir
Gürcüstanın Vaziani hərbi bazasında NATO-nun “Cooperative Longbow 2009” hərbi təliminə start verilib. Gürcüstanın müdafiə naziri Vasil Sixarulidzenin də iştirak etdiyi mərasimə Azərbaycan da daxil olmaqla 14 ölkədən hərbçilər qatılıb. Bu barədə Lent.az Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir.
Nazir bildirib ki, ötən ilin avqust ayında baş vermiş müharibə və Gürcüstanın itkilərinə baxmayaraq gürcü ordusunda islahatlar müvəffəqiyyətlə aparılır.
NATO-nun Madriddəki Quru Qüvvələri Komponentinin komandanı generalı Kayetano Miru Valls bildirib ki, təlim iştirakçıları planlaşdırma, koordinasiya və əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər.
“Cooperative Longbow 2009” hərbi təliminin PfP proqramına daxildir və 2001-ci ildən Gürcüstanda keçirilir. Təlimin məqsədi böhranlara cavabvermə və sülh şəraitində birgə əməliyyatlar aparmağa yönəlib. Təlimdə Gürcüstan hərbçiləri də daxil olmaqla 14 ölkədən 1 100 əsgər və zabit iştirak edir.
Rəşad Süleymanov

Oxşar yazılar

Yük avtomobili aşdı: 250 milyon arı təbiətə səpələndi
2 iyun 2025 , 03:39
Haqqında tamamilə heç nə eşitmədiyiniz 4 unikal ölkə
1 iyun 2025 , 15:57
Ukrayna Rusiya hərbi aerodromlarına PUA hücumu həyata keçirib, 40 hərbi təyyarə məhv edildi -VİDEO
1 iyun 2025 , 15:44
Rusiyada körpü aşdı: 7 ölü, 30-dan çox yaralı var - YENİLƏNİB
1 iyun 2025 , 04:02
Avtobus körpüdən aşdı: 20 nəfər öldü
1 iyun 2025 , 03:05
"Dünya gözəli" seçildi
31 may 2025 , 23:25
Məhəmməd Sinvar öldürüldü
31 may 2025 , 22:12