Əhmədinejadın qohumunun işi araşdırılır
Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, araşdırma komitəsinin sədri İbrahim Nikinam bildirib ki, buna səbəb Məşainin «İran fəlsəfə məktəbi» fikri ilə bağlıdır.
Mühafizəkarlar prezident aparatı başçısının dediklərini «islam fəlsəfə məktəbi»nə qarşı çıxış kimi qəbul edib.
Xatırladaq ki, bir neçə ay öncə R.Məşai xarici ölkələrin birində iranlılarla görüşdə demişdi: «İslam mövzusunda müxtəlif anlayışlar var. Amma İslamın həqiqəti İran təlimidir. O halda biz bundan sonra dünyaya İran təlimini tanıtmalıyıq».
«İran təlimi» anlayışı altında İ.Rəhim-Məşai əslində «İran mərkəzli fars düşüncə sistemini» nəzərdə tutur. O, bunu «yeni ideya» adlandıraraq, təbliğatının vacib olduğunu vurğulayır. Müşavir təbliğat zamanı fars şovinisti Firdovsinin uydurma qəhrəmanlarının adlarını çəkərək, «bu gün iranlıların hamısı Arəş, Rüstəm, İsfəndiyardırlar» demişdi.
Hakimiyyət təmsilçiləri arasında buna etiraz edənlər olub.
Mütəhhərri soyadlı İran parlamentinin üzvü də Məşşainin «biz Rüstəmin, Arəşin uşaqlarıyıq» - fikrinə münasibət bildirərək, deyib: «Görəsən, bundan sonra İslamın yerinə İrandanmı danışacağıq? İnqilabımızın ideoloji və İslami mahiyyəti, irqçi bir mahiyyətəmi çevriləcək? Şəhidlərin ağası Həmzənin, İmam Əlinin (ə), Hüseyn ibn - Əlinin (ə), Malik Əştərin, Əmmar Yasirin, Əbülfəzl Abbasın, Salmanın, Əbuzərin, Miqdadın yerinə bundan sonra «Rüstəm», «Siyavuş», «İsfəndiyar» və «Areş»mi bizim modelimiz olacaq?"
İran ordusu qərargahının rəisi, general Seyid Həsən Firuzabadi isə prezident müşavirinin söylədiyini «azğınlıq» adlandıraraq, demişdi : «Bu cür açıqlamalar milli təhlükəsizliyə, o cümlədən müqəddəs İslam Respublikası ilə yanaşı, islam inqilabına həmlədir».
Məşai qərargah rəisinin dediklərinə belə münasibət bildirib: «Onun mənə qarşı irəli sürdüyü ittihama görə, mənim də məhkəməyə müraciət etmək hüququm var. İctimaiyyəti düzgün məlumatlandırmaq üçün bu addımım atacağam. Bu işdə Allahımın yardımı mənə yetərlidir».
Qeyd edək ki, İran prezidenti M.Əhmədinejad baş verən hadisədə müşavirin müdafiə edərək, bildirmişdi: «O, çox aydın danışıb. Əsil Məhəmməd İslamının İran olduğu bir həqiqətdir və islam tarixində və mədəniyyətində danılmaz rola malikdir. Bu ifadələrin isə milliyyətçiliklə heç bir əlaqəsi yoxdur. Əksinə, bu böyük nemətə görə Allaha şükür etməyin bir ifadəsidir».
Bir müddət öncə Mahmud Əhmədinejad da İranın «Amerika, İsrail» kimi başqa «düşmənləri qarşısında arəşlərin, rüstəmlərin, isfəndiyarların duracağını» söyləmişdi.
Başqa bir tərəfdən isə aparat başçısı ilə bağlı araşdırma komitəsinin yaranmasını parlamentin M.Əhmədinejada qarşı çıxışının bir hissəsi kimi də dəyərləndirmək də olar.
Bunu Nikinam müsahibəsində ötən ilin sonunda Mənuçehr Müttəkinin xarici işlər naziri vəzifəsindən və ilin ilk günü 14 müşaviri heç bir səbəb göstərmədən istefaya göndərilməsinə işarə edərək, deyib: «Nazirləri və yüksək vəzifəli məmurların istefası məsələsi dərindən araşdırılmalıdır. Belə işdən azadetmələr ölkəmiz üçün problemlər yaradır».
Qeyd edək ki, İsfəndiyar Rəhim Məşai Tehranın Elm və Sənaye Universitetində çıxış edərək İran İslam Respublikasının ilkin dəyərlərinin təcrübədə uğursuzluqla nəticələndiyini deyib.
Yanvarın 11-də universitetdə milli dəyərlərə həsr olunmuş toplantıda çıxış edən Rəhim Məşai bildirib: «Cəmiyyətdə təbliğ olunan islam dəyərləri ilə gerçək həyatda və əməldə müşahidə olunanlar arasında böyük fərq var: “Şərqdə insana dəyər verilmir və insan məhrumiyyəti, yoxsulluğu, başqasının hegemonluğunu asanlıqla qəbul edir. Görəsən, işimizin harasında nöqsan var?
Hamı mömin və inanclı olduğunu iddia edir. Lakin bu iddianın əməldə baş verənlərlə böyük fərqi var və iddia ilə əməldə olanı bir-biri ilə müqayisə etsək, cəmiyyətə bu baxımından yüksək qiymət vermək olmur. Əgər burada sərrast danışmasaq, bəs harada danışacağıq? Cəmiyyətdə yalan öz qəbahətini itirib. Görəsən, cəmiyyətimizdəki qayda-qanun və ona riayət nə səviyyədədir? Bir yandan iddia edirik ki, ədalət, əxlaq, xeyir, yardım, başqasını sevmək və onun hüququna hörmət etmək bizim önəm verdiyimiz dəyərlərdir, o biri yandan da adi məişətdə və bir ailənin üzvləri arasındakı münasibətlərdə problemlərlə üz-üzə qalır, onun həllində acizik. Bizim əlimizin, gözümüzün və qulağımızın etdiyi ilə iddia etdiyimiz dəyərlər arasında uzun məsafə var. Təsəvvür edin, qanunda qeyd olunsaydı ki, hicaba zərurət yoxdur, onda görəsən xanımlarımızın neçə faizi hicablı olardı? Görəsən nəyə görə dindən, inancdan danışıldığı, nəsihət verildiyi minlərlə minbər insanlara kifayət qədər təsir göstərə bilməyib? Görəsən işimizin harasında qüsur var?”
Sədrəddin Soltan

694