Yetim qalan general qızının işgəncədən başlayıb BMT-də davam edən ömür yolu – HEKAYƏT
O, Çili tarixində, ümumən Latın Amerikasında ilk qadın müdafiə naziri oldu.
O, Çilinin tarixində ilk qadın prezident oldu!
O, 2008-ci ildə məşhur “Taym” jurnalının “Dünyanın 100 ən nüfuzlu adamı” siyahısında 15-ci yeri tuturdu.
O, 2009-cu ildə ünlü “Forbes” jurnalının “Dünyanın 100 ən güclü qadını” siyahısında 22-ci yerə layiq görülüb.
Bu qadın bu gün də dünyanın ən ünlü, ən nüfuzlu liderlərindən, siyasətçilərindən biri, Çilidə və ümumiyyətlə, Güney Amerikada ilk qadın prezident kimi tarixə düşmüş Mişel Baçeletdir.
"Mənim qələbəm tək bir şəxsin zəfəri deyil..."
Mişel Baçelet
1951-ci ildə Santyaqoda Baçelet Angela Jeria Gomez və Alberto Baçelet Martinezin ailəsində bir qızcığaz dünyaya gəldi. Ailənin ikinci övladı olan bu körpəyə Veronika adını verəndə valideynləri heç ağıllarına da gətirməzdilər ki, vaxt gələcək, onların balaca qızları böyüyüb dünya tarixinə öz adını yazan ən ünlü liderlərdən biri olacaq...
Onun ulu babası Luis Cozef Baçelet Lapiyer fransız kökənli idi və 1860-cı ildə Parisli həyat yoldaşı ilə Çilinin güneyinə köçmüş, burada üzüm bağlarında şərab eksperti kimi işləməyə başlamışdı. Yunan əsilli ana babası isə Çilidə ilk aqronom mühəndisliyi dərəcəsi almış, sonra isə ölkənin müxtəlif yerlərində kənd təsərrüfatı məktəbləri açmışdı. Veronika Mişel Baçeletin atası hərbçi olduğundan onun uşaqlıq illəri ailəsi ilə birlikdə Çilidə bir hərbi hissədən digərinə köçməklə keçmişdi. Ölkənin bir bölgəsindən digərinə köçməklə davam edən yaşam ritmi sanki onun gələcəkdə rəhbərlik edəcəyi ölkə ilə taleyin hökmünə uyğun ilkin zəruri tanışlığı, necə deyərlər, qarış-qarış gəzməsi idi... Oxuduqca görəcəksiniz, onun vəzifə pillələrində irəliləməsi də, sanki qəribə bir qanunauyğunluğa tabe olub: ardıcıl, təcrübə yığa-yığa və məqsədəmüvafiq qaydada...
1962-ci ildə Mişel Baçelet ailəsi ilə birlikdə ABŞ-a köçdü. Veronikanın atası Vaşinqtonda Çili səfirliyində hərbi missiyaya rəhbərlik etməyə başladı. Onlar Merilendə iki il yaşadılar və Mişel burada Vestern orta məktəbində təhsil aldı, üstəlik, ingilis dilini mükəmməl öyrənmək fürsəti əldə etdi. 1964-cü ildə isə Çiliyə qayıdaraq, təhsilini burada davam etdirdi. 1969-cu ildə qızlar üçün prestijli orta məktəbi “fərqlənmə” ilə bitirdi və 1970-ci ildə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək, Çili Tibb Universitetinə daxil oldu.
Əslində, Mişel öncə sosiologiya və ya iqtisadiyyat üzrə ali təhsil almaq istəyirdi, amma atasının məsləhəti ilə qərarını dəyişərək, tibb təhsili almağa üstün tutdu. (Xanım Baçelet daha sonralar verdiyi müsahibələrində, tibb təhsili alması barədə danışarkən, bunun Çilidə insanların ağrı-acısına yardım etmək və səhiyyəni inkişaf etdirmək üçün konkret yol olduğunu düşündüyünü ifadə etmişdi)
İşgəncə və sürgün illəri
...Artmaqda olan ərzaq çatışmazlığını görən Salvador Alyende hökuməti Baçeletin atasını Ərzaq Paylama Şöbəsinə rəhbər təyin etdi. Avqusto Pinoçet hakimiyyətə gəldikdən sonra isə general Baçelet sürgünə getməkdən imtina etdiyinə görə xəyanətdə günahlandırılaraq, həbs edildi. Ancaq diktator ondan həbsxanada da əl çəkmədi və bir ay boyu tətbiq olunan işgəncələrə dözməyən general, 12 mart 1974-cü ildə ürək çatışmazlığından vəfat etdi. 10 yanvar 1975-ci ildə, Baçelet və anası gözləri bağlanaraq, məxfi həbs mərkəzinə aparıldı və orada işgəncəyə məruz qaldılar. Bir neçə gün sonra onlar “Kuatro Alamos” adlı həbsxanaya göndərildi və yanvarın axırına qədər orada saxlanıldılar. Ancaq atasının hərbçilər arasındakı yaxın dostları onların tezliklə həbsxanadan çıxmasına və 1969-cu ildə Avstraliyaya –qardaşının yanına göndərilməsinə yardım etdilər...
1975-ci ildə Baçelet Şərqi Almaniyaya köçdü və Potsdamda yaşamağa başladı. Bir ay sonra isə anası da Almaniyaya – onun yanına gəldi və ana-övlad öz yaşamlarını Leypsiqdə davam etdirdilər.
1976-cı ilin oktyabrında Mişel Baçelet, Şərqi Almaniya Universitetində təhsilini davam etdirə bilmək üçün Babelzberqdə klinikada işləməyə başladı. Bu zaman o, Çilidən olan memar Jorge Leopoldo Davalos Carteslə tanış oldu və bu tanışlıq az bir müddətdən sonra – 1977-ci ildə onların ailə qurması ilə sonuclandı. 1978-ci ilin yanvarında xanım Baçelet indiki Leypsiq Universitetində alman dilini öyrənməyə başladı. Həmin ilin iyununda cütlüyün ilk övladı Jorge Alberto Sebastian dünyaya gəldi. Sentyabrda o, yenidən tibb təhsilini davam etdirmək üçün Potsdama qayıtdı. Beş ay sonra isə ölkəsinə qayıda bilməsi üçün razılıq aldı. Həyat yenidən başlayırdı, daha doğrusu həyatın yeni səhifəsi açılırdı – doğma ölkədə, doğma insanlar arasında...
Doğma Çiliyə qayıdış
1979-cu ilin fevralında Baçelet Santyaqoya qayıtdı. Ancaq Tibb Universitetində onun Şərqi Almaniyada əldə etdiyi kreditlər qəbul olunmadığı üçün təhsilinə ölkəni tərk etməzdən öncə qaldığı yerdən davam etməyə məcbur oldu. O, 1983-cü ilin yanvarında doktorluq dərəcəsi aldı. Baçelet ən çox köməyə ehtiyac olan sahədə – dövlət sektorunda həkim kimi çalışmaq üçün müraciət etsə də, siyasi maraqlar əsas gətirilərək onun bu nəcib müraciəti qəbul olunmadı. Ancaq nailiyyətlərinə görə o, Roberto del Riyo xəstəxanasında pediatriya və ictimai səhiyyə üzrə ixtisaslaşmaq üçün şans qazandı.
1984-cü ilin fevralında, ikinci övladlarının dünyaya gəlməsindən bir müddət sonra Baçelet və əri rəsmi olaraq ayrıldılar.
Çiliyə qayıtdıqdan sonra o, həm də itkin düşmüş və işgəncəyə məruz qalmışların uşaqlarına yardım edən qeyri-hökumət təşkilatında işləməyə başladı, 1986-90-cı illər ərzində Fondun Tibb şöbəsinin başçısı oldu.
1985-87-ci illərdə xanım Baçelet, Manuel Rodriqez Vətənpərvər Cəbhəsinin katibi, mühəndis Aleks Vaoykoviçlə yaxın münasibətdə olmuşdur. Prezidentlik kampaniyası ərzində bu əlaqə xüsusi marağa səbəb oldu. Baçelet isə Vaoykoviçin ideyalarını heç vaxt dəstəkləmədiyini açıqladı.
1990-cı ildə Çilidə demokratiya bərqərar olmağa başladığı zaman Baçelet Səhiyyə Nazirliyində işlədi, Panamerika Səhiyyə Təşkilatı, Dünya Səhiyyə Təşkilatı və Texniki Əməkdaşlıq üzrə Alman Korporasiyası üçün məsləhətçi oldu.
Milli QİÇS Komissiyası üçün işləyərkən o, həmkarı, Pinoçet tərəfdarı kimi tanınan Anibal Hernan Henriquez Markislə yaxın münasibətdə oldu və onların bu yaxınlığı – 1992-ci il doğumlu Sofia Catalinanın dünyaya gəlməsi ilə nəticələndi... Amma yeni doğulmuş övladları da onların cəmi bir neçə ay sonra ayrılmalarının qarşısını ala bilmədi... Deyəsən, onun ailə sarıdan bəxti gətirmirdi; yaxud da onun ictimai-siyasi həyata, dövlət işinə marağı günbəgün artdıqca, eləcə də, liderlik keyfiyyətləri getdikcə daha çox büruzə verdikcə ailə daxilində belə “hakimiyyət savaşı”, “maraqlar toqquşması” üzə çıxırdı...
Xanım Baçelet 1994-97-ci illər ərzində səhiyyə naziri müavininin köməkçisi işlədi.
Sivil-hərbi əlaqələrə olan maraq Baçeleti 1996-cı ildə Milli Strateji Elmlər Akademiyasında hərbi strategiya üzrə təhsil almağa vadar etdi. Təhsildə göstərdiyi fərqlənməyə görə o, Vaşinqtondakı İnter-Amerika Müdafiə Kollecində təhsilini davam etdirmək şansı qazandı. 1998-ci ildə kursu uğurla bitirərək Çiliyə qaydan Baçelet burada Müdafiə Nazirinin baş köməkçisi işləməyə başladı. Sonra isə Çili Ordusunun Müharibə Akademiyasından hərb elmində magistr dərəcəsi qazandı. Mişel Baçeletin bu işi həyatının yeni axarından xəbər verirdi, onun işi də, danışığı da sanki zabitəyə bürünmüşdü... Tale öz sözünü deyir – qəlbi arzularla dolu olan bir qadını getməli olduğu, gedəcəyi yerə aparırdı...
Gizli, açıq mübarizələrlə dolu siyasi fəaliyyət illəri...
1970-ci ildə tələbəlik illərində Baçelet Sosialist Gənclik Partiyasının üzvü və Populyar Birliyin fəal müdafiəçisi oldu. Sürgündən qayıtdıqdan sonra – 1980-ci illərin ortalarında isə o, yenidən siyasi cəhətdən fəal olmağa davam etdi və bu dəfə gizli şəkildə Çilidə demokratiyanın bərqərar olması üçün mübarizə aparmağa başladı. 1998-2000-ci illərdə Siyasi Komitənin fəal üzvü oldu.
Baçelet 1996-cı ildə Santyaqoda, Las Kondes əyalətinin meri postu uğrunda Cakin Lavinlə mübarizədə məğlubiyyətə uğradı və yığdığı səslərə görə ancaq 4-cü ola bildi.
Siyasi çalışmalardan yorulmayan Baçelet, 1999-cu ildə Demokratiya üçün Partiyalar Koalisiyasında Rikardo Laqosun namizədliyi üçün işlədi.
Öncə səhiyyə, sonra müdafiə naziri
2000-ci il martın 11-də Baçelet prezident Laqos tərəfindən səhiyyə naziri təyin olundu. O, ictimai səhiyyə sisteminin təhlilinə başladı və bir neçə il sonra yeni plan irəli sürdü. Xanım nazir prezident tərəfindən ictimai xəstəxanalarda gözləmə siyahısının ilk 100 gün ərzində ləğv edilməsi tapşırığını alarkən həmin tapşırığın bu müddət ərzində tam yerinə yetirilməsinin mümkünsüz olduğunu düşünərək istefa verdi, lakin prezident onun istefasını qəbul etmədi. Səhiyyə naziri kimi faəliyyətinin ikinci ilində o, yeni təyinat aldı. Belə ki, 2002-ci il yanvarın 7-də Baçelet müdafiə naziri təyin olundu və Latin Amerikasında bu postu tutan ilk qadın oldu! Bu dövr ərzində o, mülki əhali ilə ordu arasında barışıq yaratmağa çalışdı və general Xuan Emiliyo Çeyenin sözlərindən istifadə edərək “bir də heç vaxt” Çilidə ordunun demokratiyaya qarşı çevrilməyəcəyinə söz verdi. Hərbi təqaüd sistemində islahatlar apardı, sülh müqavilələrində iştirak etməklə yanaşı ölkənin müdafiə sistemini yaxşılaşdırmaq üçün yeni (çağdaş) hərbi texnikalar aldı. Santyaqoda daşqınlar zamanı əhalini xilasetmə dəstələrinin başında şəxsən iştirak etməsi isə Baçeletin prezidentliyə namizədliyində önəmli rol oynadı.
General qızı Prezidentliyə namizəd olur
2004-cü ilin sonlarında Sosialist Partiyası Baçeletin növbəti seçkilərdə namizədliyini irəli sürdü. Öncə, əsas karyera məqsədlərinə daxil olmadığı üçün buna etiraz etsə də, tərəfdarlarının ümidini itirməmək üçün təklifi qəbul etdi. Həmin ilin oktyabrında o, seçki kampaniyasını başlatmaq üçün işdən azad edildi və 2005-ci il yanvarın 28-də Sosialist Partiyasından prezidentliyə rəsmən namizəd oldu.
Baçelet mərkəz-sol görüşlü siyasətçi kimi tanınır. Təsadüfi deyil ki, o, prezident seçkilərində də solçu siyasi partiyalar – “Demokratiya uğrunda partiyaların birləşməsi” Alyansının namizədi olaraq iştirak edib.
2005-ci ildə keçirilən ilkin seçkilərdə o, mərkəz-sağçı namizəd Sebastian Pinyera, sağçı namizəd Cakin Lavin və Çili siyasi üslubu ilə desək, uzaq-solçu namizəd Toman Hirşlə mübarizədə səslərin mütləq çoxluğunu toplaya bilmədi. Ancaq 2006-cı ilin yanvarında seçkilərin ikinci aşamasında xanım Baçelet mərkəz-sağ görüşlü biznesmen (milyarder) və keçmiş senator, müxalifətdə olan mühafizəkar blokun namizədi Sebastian Pinyeraya 53.5% səslə qalib gələrək Çili tarixində ilk qadın prezident oldu! O, Latın Amerikasında əri hökumət başçısı və ya prezident olmadan prezident seçilən ilk qadın oldu!
(Mişel Baçelet 1990-cı ildən, hərbi diktaturaya son qoyulduqdan, ölkənin demokratik idarəçiliyə qayıdışının ardından mərkəz-solçu koalisiyadan seçilən dördüncü dövlət başçısıdır.)
Birinci rəqibi təbrik etdi
Mişel Baçeletin platformasında əsas yeri Çilinin azad bazar siyasətini davam etdirmək, habelə yoxsul və varlılar arasında olan kəskin fərqi azaltmaq üçün sosial yardımların verilməsi tuturdu.
Baçelet və onun komandası, ilk növbədə, ümumiləşmiş şəkildə “100 gün, 36 vəd” adlı proqram həyata keçirəcəklərini açıqlamışdı. Bu proqrama, bir an öncə təqaüdlərin artırılması, yeni sağlamlıq mərkəzlərinin açılması və 60 yaşdan yuxarı vətəndaşlar üçün pulsuz tibb xidmətinin göstərilməsi daxil idi. Eyni zamanda, əsas diqqətin əhalinin təhlükəsizliyinə yönəldilməsi; küçələrdə polislərin sayının artırılması; orduda müqavilə əsasında xidmətə keçilməsi nəzərdə tutulurdu.
Qeyd edək ki, milyonçu Sebastian Pinyera prezident seçkilərinin ikinci turunda son nəticəni gözləmədən öz məğlubiyyətini etiraf etdi və onu birinci təbrik edən şəxs oldu. ...Öz tərəfdarları qarşısında çıxış edən Pinyera deyirdi: “Mişel Baçeleti qələbə münasibətilə təbrik edir və ona dövlət başçısı vəzifəsində uğurlar arzulayıram. Baş tutmuş seçkilərdə nə qalib, nə də məğlub olan var. Bizim hamımız demokratik ölkənin vətəndaşıyıq və indi ölkəmizin çiçəklənməsi naminə səylərimizi birləşdirməliyik”.
Xanım Prezidentin “balanslaşdırma” siyasəti
2006-cı il yanvarın 30-da prezidentliyi rəsmi şəkildə təsdiqləndikdən sonra Baçelet Nazirlər Kabinetinin tərkibini açıqladı və burada, kampaniyası dövründə söz verdiyi kimi, qadın və kişilərin sayını bərabər tutdu! Koalisiyanın tarazlıq gücünü saxlamaq məqsədi ilə Xristian Demokratlardan 7, “Demokratiya naminə” Partiyasından 5, Sosialist Partiyasından 4, Sosial-Demokrat Radikal Partiyasından 1, digər partiyalardan isə toplam 3 nəfəri nazir təyin etdi. Daha sonra gender bərabərliyi qaydasına riayət etməklə nazir müavinlərini və regional nümayəndələri təyin etdi. O, bu addımı ilə ölkəsində gender bərabərliyi istiqamətində, sözün əsil mənasında, bir inqilab etdi!
Baçeletin rekord sayda xarici qonağın da qatıldığı andiçmə törəni, Valparaisoda, Milli Assambleyadakı plenar iclas zamanı gerçəkləşdi.
Bu arada onu da deyək ki, həyat yoldaşından ayrılsa da, 3 övladını mətanətlə böyütməklə yanaşı, bu qədər böyük bir uğura imza atan Mişel Baçeletin, üstəlik ispan, ingilis, fransız, alman və portuqal dillərində sərbəst danışması da Çili ictimaiyyəti arasında rəğbətlə diqqət ayrılan mövzulardandır...
Ancaq irəli!
Baçeletin prezidentlyinin ilk 3 ayı seçkiöncəsi kampaniya zamanı söz verdiyi irili-xırdalı 36 əsas məsələnin həll edilməsinə həsr olundu. Keçmiş hakimiyyət dövründən qalan problemlərin sayı isə olduqca çox idi. Təsadüfi deyildi ki, o, seçkidən cəmi 2 ay sonra ilk siyasi böhranla üzləşməli oldu. Aprel ayında ölkə boyu dövlət məktəblərində keyfiyyətin artırılmasını tələb edən məktəblilərin etiraz aksiyaları başladı. Köhnə hakimiyyətin dövründən bu problemdən əziyyət çəkən insanlar yeni hakimiyyətdən vəziyyətin düzəldilməsini tələb edirdilər. Bu narazılığın aradan qaldırılması üçün Baçelet bir müddət sonra kabinetin tərkibində dəyişiklik etdi. 2006-cı ilin sonuncu aylarında isə keçmiş hakimiyyətin dövründə dövlət idman fondu tərəfindən ictimai fondların qeyri-düzgün istifadəsi məsələsi ortaya çıxdı. Bu qalmaqaldan sonra Baçelet noyabrda antikorrupsiya planını irəli sürdü.
Baçeletin ilk ildə üzləşdiyi çətinliklərə Pinoçetin vəfatı, yeni generalın təyin edilməsi barədə hökumətlə Konqres arasında yaranmış çıxılmaz vəziyyət və Santyaqoda yeni nəqliyyat sisteminin tətbiqindəki çətinliklər də əlavə olundu. Sonuncu məsələ onun nüfuzunun aşağı düşməsinə və kabinetin yenidən dəyişdirilməsinə səbəb oldu. Buna baxmayaraq o, keçmişdən yığılıb qalan və ölkəsinin inkişafına mane olan islahatları həyata keçirməkdən çəkinmədi – özü də yalnız Prezident səlahiyyətləri hesabına deyil, “özkeçmiş”inin verdiyi enerji ilə! Və bir çox hallarda bu islahatların həyata keçirilməsi ilk zamanlar onun reytinqinin aşağı düşməsinə səbəb olsa belə…
O, müxalifətlə də razılığa gələrək bəzi sahələrdə radikal islahatlar apardı və uğurlar əldə etməyə başladı. Məsələn, noyabr ayında bir aylıq müzakirələrdən sonra, Baçelet təhsil sahəsində və şəhərlərdəki cinayətlə mübarizə sahəsində müxalifətlə razılığa nail oldu.
O, ölkəsinin iqtisadi inkişafı istiqamətində də uğurlara imza atdı. Onun prinsipiallığı və səbrlə çalışmağı, Prezident məsuliyyəti ilə Qadın nəcibliyini birləşdirmək yetənəyi öz meyvələrini verməyə başlamışdı! Ancaq İrəli baxmaq lazımdı və Çilidə bunu xanım Prezidentdən – ölkənin ağrı-acılarını ana nəvazişi ilə sarmağa çalışan Baçeletdən daha yaxşı görən və onun kimi dəyərləndirən kim ola bilərdi?!
2006-cı ilin avqustunda Baçelet Çin Xalq Respublikası ilə azad ticarət barədə saziş imzaladı. Eyni sazişlar daha sonra Yaponiya və Hindistanala da imzalandı. 2006-cı ilin oktyabrında Yeni Zellandiya, Sinqapur və Bruneylə, o cümlədən Trans-Sakit Okean Strateji İqtisadi Birliyi ilə də eyni adlı sazişlər imzalandı. Regionda isə o, Panama, Peru və Kolumbiya ilə azad ticarət müqavilələri imzaladı. Ölkədə işsizlik faizi 1998-ci ildən bəri ən aşağı səviyyəyə düşdü, lakin Mərkəzi Bankda inflyasiya 4%-ə qalxdı. Buna səbəb, sərt qışdan sonra ərzağın qiymətlərinin yuxarı qalxması və son 8 ildə milli valyutanın (pesonun) dəyərinin dollarla müqayisədə ən yüksək həddə çatması oldu. Hadisələrin gedişi sonucunda 2007-ci il ərzində hökumət Konqresin hər iki palatasında çoxluğu itirdi və koalisiyaya daxil olan bir çox deputat bitərəf oldu.
Xanım Prezidentin xarici siyasətinə bir baxış
Prezidentliyinin ilk ilində Baçelet qonşuları Argentina və Peru ilə davamlı olaraq problemlərlə üzləşirdi. Bunun səbəbi ölkəsinin maraqları naminə heç kəsə güzəştə getməməsi idi. Məsələn, 2006-cı ilin iyulunda Çiliyə ixrac olunan təbii qaz üzərində tarif artımının ikitərəfli razılaşmaya zidd olduğu qənaətinə gələn Baçelet Argentina prezidenti Kirşnerə etiraz məktubu göndərdi. Bir ay sonra isə Argentinanın yenidən turist xəritələrində Çilinin güney ərazisindəki Buz sahələrini öz ərazisi kimi göstərməsi ilə iki ölkə arasındakı sərhəd məsələsi gündəmə gəlmiş oldu. 2007-ci ilin avqustunda Peruda Çilinin Sakit okean ərazisinin bir hissəsinin bu ölkəyə məxsus olduğunu “iddia edən” xəritənin çap olunmasına etiraz əlaməti olaraq Perudakı səfir geri çağırıldı. O, hər kəsə göstərdi ki, ölkəsinin maraqlarına zidd olan heç bir addımı qəbul etməyəcək və onun qarşısının alınması üçün ən sərt addımlara əl atılacaq…
***
Çilinin BMT-nin Təhlükəsizlik Şurasında 2006-cı il oktyabrın 16-da Qvatemala və ya Venesuelanın Şurada Latın Amerika ölkələri üzrə müvəqqəti yer tutması məsələsində verdiyi səs ölkədə ideologiya məsələsinə və Baçelet üçün sınağa çevrildi. Hakimiyyətdə olan koalisiya Venesuelaya səs verilməsini istəyən sosialistlər və bunun əleyhinə olan Xristian Demokratlar arasında bölünmüşdü. Səsvermədən bir gün öncə isə Prezident bir namizəd barədə regional razılığın olmadığını səbəb gətirərək səsvermədə iştirak etməyəcəyini bildirdi. 2007-ci ilin martında Çilinin Venesueladakı səfiri Klaudio Huere “Telesur” kanalına verdiyi müsahibədə Baçeletin ona şəxsən “Venesuelaya səs vermək istədiyini, daha sonra isə durumun dəyişməsi ilə əlaqədar bu fikrindən daşındığı” barədə açıqlama verdi. Təbii ki, bu açıqlamanı verən səfir dərhal geri çağırılaraq istefaya göndərildi.
Xanım Baçelet ölkəsinin maraqları naminə ən cəsarətli addımları belə atmaqdan çəkinməzdi. Məsələn, 2009-cu ildə o, Kuba lideri Raul Kastronun dəvəti ilə 3 günlük rəsmi səfərlə bu ölkəyə getdi. – Məsələ onda idi ki, bu, son 37 ildə Çili rəhbərinin Kubaya ilk rəsmi səfəri idi. (Son dəfə bu ölkəyə Çilinin sosialist prezidenti Salvador Alyende 1972-ci ildə səfər etmişdi.)
Xidmət bitdi! Xidmət davam edir!
2009-cu il seçkilərində prezidentliyə namizəd olmayan Baçelet, 11 mart 2010-cu il tarixindən etibarən ölkənin birinci postunu yeni prezident Sebastian Pineraya təhvil verərək, təqaüdə çıxdı. Amma ağıllı LİDER, bacarıqlı SİYASƏTÇİ və cəsarətli QADIN olan Baçeletə, onun fəaliyyətinə dünyanın ehtiyacı vardı və o, prezidentlikdən ayrıldıqdan çox qısa müddət sonra (2010-cu ilin sentyabrında) BMT-nin baş katibi Pan Ki-Mun cənabları tərəfindən dünyanın 1 nömrəli uluslararası qurumunda Qadın məsələlərinə (head of UN Vomen) rəhbərlik etməyə dəvət olundu və o, bu vəzifəni qəbul etdi. Bu gün sözügedən missiyanı uğurla həyata keçirən Baçelet, yenə də dünyada öz adından söz etdirir…
Dünən bir ölkənin məsuliyyətini daşıyan xanım Baçelet, bu gün dünya miqyasında qadın problemləri ilə uğraşır. O, zəngin ictimai-siyasi təcrübəsinin, böyük qurbanlar hesabına diktaturadan demokratiyaya keçid etmiş bir dövlətin başçısı olaraq əxz etdiyi dəyərlərin beynəlxalq miqyasda təcəllasına çalışır.
O, bir general övladı idi.
O, atası işgəncələrlə öldürülmüş bir insan idi.
O, bir qadın idi, ana idi.
O, səhiyyə naziri oldu – sanki ölkəsinin, xalqının yaralarını sarmaq, sarımaq istəyirdi!
O, müdafiə naziri oldu! Vaxtı ilə atasının mənsubu olduğu Orduya rəhbərlik etdi!
Nəhayət, Prezident oldu! Zamanında həmin postu qeyri-qanuni tutan adam xalqı, şəxsən Baçelet ailəsini faciələrə sürükləmişdi.
O, acı və ağrılarla dolu olan Çilinin qalxınması üçün yorulmadan çalışdı!
Onun “həyat dəftəri”ni vərəqlədikcə, sanki yalnız bir məqsədə, bir ideala xidmət etmək üçün yaranmış (və başqa heç bir iddiası olmayan) məğrur insan görürsən: Özünü təsdiq etmək (başqa sözlə, qəbul etdirmək)! ...Və bu “təsdiq”i (bu “qəbul”u) gözəl qılan odur ki, həmin istək haqsızlığa qarşı dirənmək məzmunu ilə, ali niyyətlə yükümlüdür! Ünlü bir fəlsəfi deyimlə ifadə etsək, onun yükündən böyük fərəhi yoxdur...

835