ABŞ-dan Ərdoğana soyuq duş!
08 dekabr 2010 16:12 (UTC +04:00)

ABŞ-dan Ərdoğana soyuq duş!

ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krou Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın “Wikileaks” saytında məxfi yazışmaları yer alan bir neçə amerikalı diplomatı dedi-qodu, iftira və şou-biznes xəbərləri yazmaqda günahlandıraraq məhkəməyə verəcəyini açıqlamasına münasibət bildirib.


Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Filip Krou həmin amerikalı diplomatları müdafiə edib. Dövlət Departamentinin sözçüsü deyib ki, amerikalı diplomatlar fəaliyyət göstərdikləri xarici ölkələrdə baş verən proseslərlə bağlı səmimi və dürüst dəyərləndirmələrini ABŞ-a çatdırırlar: “Bu, faydalı və əhəmiyyətlidir. Diplomatlarımız bunu etməyə davam edəcəklər. Digər ölkələrin diplomatları da eyni işlə məşğuldurlar”.


Qeyd edək ki, saytında yer alan bir məxfi diplomatik sənəddə Türkiyədə fəaliyyət göstərən amerikalı diplomatlardan biri yazıb ki, Rəcəb Tayyib Ərdoğanın İsveçrədə 8 bankda hesabı, pulları var. Jurnalistlərdən biri mətbuat konfransında Filip Kroudan bu məsələ ilə bağlı Türkiyə hökumətinin rəsmiləri ilə əlaqə saxlanılıb - saxlanmadığını soruşub. Filip Krou isə diplomatik sənədlərin məzmunu ilə bağlı hər hansı şərh verməyəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38