Avropa Şurası hökumətləri elektrik atəş silahını ciddi tənzimlənməyə çağırdı
28 oktyabr 2010 16:32 (UTC +04:00)

Avropa Şurası hökumətləri elektrik atəş silahını ciddi tənzimlənməyə çağırdı

Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsi (İQK) bu gün dərc olunmuş illik hesabatında milli hökumətləri elektrik atəş silahından istifadənin ciddi tənzimlənməsinə çağırıb.

Avropa Şurasının Bakı Ofisindən Lent.az-a verilən məlumata görə, İQK elektrik atəş silahının bəzi hallarda odlu silahlarla müqayisədə daha az qüvvəyə malik olmasını və bununla da odlu silahdan istifadə edilməməsi imkanını etiraf edir.

Lakin Komitə bu silahların kəskin ağrılara səbəb olduğunu və sui-istifadə üçün imkanlar yaratdığını vurğulayır: “Polis və digər hüquq-mühafizə orqanları əməkdaşlarının elektrik atəş silahı ilə təchiz olunması getdikcə adi hala çevrilir və həbs zamanı bu silahlardan daha çox istifadə olunur. Hakimiyyət orqanları onların istifadəsinin ciddi tənzimlənməsi və zəruri hallarda istifadəsini təmin etməlidirlər.

Komitə hesab edir ki, elektrik atəş silahından istifadə insan həyatı üçün real və bilavasitə təhlükə törədəcəyi və ya ciddi zədə riski olan hallar ilə məhdudlaşdırılmalıdır. Onların yalnız qaydalara riayət olunmasının təmini məqsədilə istifadəsi yolverilməzdir. Bundan əlavə, elektrik atəş silahından istifadəyə yalnız danışıqlar, razı salma və ya fiziki qüvvədən istifadə kimi daha məhdud məcburiyyət metodların kifayət olmadığı, praktiki məna daşımadığı, daha böyük ölüm və zədə riski təşkil edən digər metodlar üçün yeganə alternativ olduğu hallarda icazə verilməlidir. Komitə elektrik atəş silahından istifadə edə biləcək dövlət məmurlarının adekvat təlim keçmələrinin vacibliyini vurğulayır.

İQK-nin elektrik atəş silahının həbsxanalarda və bağlı psixiatrik müəssisələrdə istifadəsi ilə bağlı ciddi narahatçılığı var. Komitə vurğulayır ki, yalnız girov götürmə kimi müstəsna hallar onların bu müəssisələrdə istifadəsini doğrulda bilər. Komitə azadlıqdan məhrum edilən şəxslərin hərəkətlərini onların saxlanıldıqları müəssisə daxilində və ya xaricində idarə etmək üçün elektrik kəmərin istifadəsinə qarşı olduğunu bildirir: “Bu avadanlığın hər hansı bir şəxsə qarşı tətbiqi onun ləyaqətini alçaldır, eləcə də bundan sui-istifadə etmək üçün böyük imkanlar mövcuddur”.

İQK bildirir ki, elektrik atəş silahı istifadəyə verilməzdən əvvəl texniki qeydiyyat prosedurundan keçirilməli, onların istifadəsinə dair məlumatı yazan və səlahiyyətli hakimiyyət orqanları tərəfindən nəzarət üçün imkan yaradan mikrosxem yaddaş ilə təchiz olunmalıdır.

2009-cu ilin avqustundan 2010-cu ilin iyuluna qədər dövrü əhatə edən hesabatın hazırlanması zamanı Komitə tərəfindən bütün Avropada yerləşən bir çox müəssisələrdə mövcud olan saxlanılma şəraitini öyrənmək üçün 20 səfər təşkil olunub. Vaxtaşırı səfərləri zamanı komitə ruhi və ya fiziki cəhətdən əlillər üçün nəzərdə tutulmuş sosial müdafiə müəssisələrinə, eləcə də əcnəbilərə dair qanunvericiliklə əhatə olunan şəxslərlə davranışa yüksək diqqət yetirir. Səfərlər zamanı təcrid olunmadan və cərrahi axtalamadan başlayaraq gizli həbsdə saxlanılma müəssisələrinə qədər müxtəlif məsələlər araşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628

Oxşar yazılar