Ötən il İranda  rekord sayda EDAM  - BMT açıqladı
19 iyun 2025 18:52 (UTC +04:00)

Ötən il İranda rekord sayda EDAM - BMT açıqladı

2024-cü ildə İranda edamlar "narahatedici sürətlə" həyata keçirilib: ən azı 975 nəfər edam olunub.

Lent.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin hesabatında bildirilir. Hesabatı Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasında BMT-nin insan hüquqları üzrə ali komissarının müavini Nadya əl-Naşif təqdim edib. 

Hesabatda vurğulanıb ki, İranda edamlar tez-tez ədalətli məhkəmə normalarının pozulması, işgəncə və özbaşına həbslərlə müşayiət olunur. Ən azı dörd edam ictimaiyyət qarşısında həyata keçirilib. Ən çox istifadə edilən edam üsulu isə asma olaraq qalır.

Edamların əksəriyyəti narkotiklərlə bağlı cinayətlər (52 faiz) və qətllərlə (43 faiz) əlaqəlidir. Bundan əlavə, cinsi zorakılıq cinayətlərinə görə (2 faiz) və dövlət təhlükəsizliyi ilə bağlı hüquq pozuntularına görə (3 faiz) də edamlar qeydə alınıb.

2024-cü ildə edam edilən qadınların sayı da artıb - ən azı 31 qadın edam olunub. Onlardan 19-u öz həyat yoldaşlarını öldürməkdə ittiham edilib. Bu hallar tez-tez məişət zorakılığı, məcburi və ya uşaq yaşda qurulmuş nikahlarla əlaqəli olub.

Edam edilənlər arasında həmçinin 22 yaşlı Məhsa Əmininin “hicabı düzgün geyinmədiyi” səbəbi ilə “əxlaq polisi” tərəfindən saxlanıldıqdan sonra ölümü ilə başlayan etirazların iştirakçıları da var.

Hesabatda etnik azlıqlar arasında edamların qeyri-mütənasib dərəcədə çox olduğu bildirilib - xüsusilə ən azı 108 beluç və 84 kürd edam olunub.

Bundan başqa, ən azı 31 nəfər “milli təhlükəsizliyə qarşı cinayətlərə” görə edam olunub. Onların arasında siyasi müxalifət nümayəndələri və İsrail xeyrinə casusluqda ittiham olunanlar da var.

Hesabatda həmçinin 2024-cü ildə ən azı 125 jurnalistin təqib olunduğu qeyd olunub, onların 40-ı qadındır. Bu təqiblərə cinayət işləri, dindirilməyə çağırışlar və peşə fəaliyyətinə görə təzyiqlər daxildir.

İran BMT ilə qismən əməkdaşlıq etsə də, hökumət BMT İnsan Hüquqları Şurası tərəfindən yaradılmış müstəqil beynəlxalq araşdırma missiyasının ölkəyə girişinə icazə verməyib.

Xatırladaq ki, İranda tanınmış müğənni Amir Hüseyn Məqsudlu (Tataloo) “dinsizliyə görə” ittiham olunaraq ölüm hökmünə məhkum edilib.

Bundan əvvəl isə Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs ölüm hökmü ilə cəzalandırılıb və edam edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1310

Oxşar yazılar

Süveydada təhlükəli olay

Süveydada təhlükəli olay

3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO

Krasnodarda küçələri, yolları su basdı-VİDEO

3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO

İranda kimya zavodunda yanğın-VİDEO

3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ  baş verdi

ABŞ-da zəlzələ baş verdi

3 avqust 2025 , 07:50
Arılarda bioloji qocalmanı ləngitmək  qabiliyyəti aşkar edildi

Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi

3 avqust 2025 , 06:02
Qızıl mədənində UÇQUN:  5 nəfər öldü

Qızıl mədənində UÇQUN: 5 nəfər öldü

3 avqust 2025 , 05:37