Smartfonunuzu doldurmazdan əvvəl  bunu edin: batareya iki dəfə daha çox...
19 iyun 2025 12:11 (UTC +04:00)

Smartfonunuzu doldurmazdan əvvəl bunu edin: batareya iki dəfə daha çox...

Smartfonun düzgün şəkildə şarj edilməsi sadəcə texniki detallardan ibarət deyil – bu, batareyanın ömrünü uzatmaq və cihazınızın ən vacib anda sizi yarı yolda qoymaması üçün real imkandır.

Lent.az xarici mediaya istinadla bildirir ki, aşağıdakı sadə tövsiyələrə əməl etsəniz, smartfonunuz daha uzun müddət problemsiz işləyəcək.

Smartfonu şarj etməzdən əvvəl nə etmək lazımdır ki, batareya tez boşalmasın? 

Qabını çıxarın

Smartfon şarj olunduqda istilik yaradır. Əgər cihaz qoruyucu qabdadırsa, bu istilik çölə çıxmır və batareyaya zərər verə bilər. Həddindən artıq qızmanın qarşısını almaq üçün cihazı şarj etməzdən əvvəl qılı çıxarın.

Smartfonu düz və sərin bir səthə qoyun

Bu, cihazın bərabər soyumasına kömək edir və əlavə istilik yükü yaratmır. Beləliklə, batareyanın sağlamlığı qorunur.

Batareyanı məhv edən səhvlər – bunları unutmayın

Smartfonu 100 faizə qədər şarj etməyin və tam boşalmasına imkan verməyin. İdeal şarj səviyyəsi – 50 faizdən 80 faizə qədərdir. Tam dolu və ya tam boşalan batareya daha tez köhnəlir.

Smartfonu gecə boyu şarjda saxlamayın

Bəzi yeni modellər şarjı 100 faizində avtomatik dayandırsa da, arxa planda “doldur-boşalt” prosesi davam edir və bu da batareyaya əlavə istilik yükü verir.

Batareyanın daha uzun dayanması üçün əlavə məsləhətlər

Enerji qənaəti rejimini aktiv edin. Əgər batareya 30 faizdən azdırsa və ya uzun müddət şarj etmə imkanı olmayacaqsa, bu rejimi aktivləşdirmək faydalıdır.

Ekran parlaqlığını azaldın və ya avtomatik rejimi aktiv edin

Ekran – batareyanın ən böyük enerji istehlakçılarındandır. Avtomatik parlaqlıq enerjiyə qənaət edir.

Wi-Fi, Bluetooth və geolokasiyanı istifadə etmədikdə söndürün

Bu funksiyalar fon rejimində belə enerji sərf edir. Ehtiyac olmadıqda onları deaktiv edin.

İşə yaramayan tətbiqləri bağlayın

Fon rejimində işləyən proqramlar enerji sərf etməyə davam edir. Vaxtaşırı olaraq açıq tətbiqləri yoxlayın və lazım olmayanları bağlayın.

Smartfon proqram təminatını yeniləyin

İstehsalçılar enerji effektivliyini artırmaq üçün sistem optimizasiyası üzərində çalışırlar. Yeni yeniləmələr adətən batareyanın daha səmərəli işləməsinə şərait yaradır. Smartfonun batareyasını qorumaq üçün hər gün etdiyiniz sadə vərdişlərə diqqət etmək kifayətdir. Qabı çıxarmaq, tam dolub-boşalmaqdan qaçmaq və enerji qənaət rejimini aktiv saxlamaq telefonunuzun uzunömürlü olmasına kömək edəcək.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707

Oxşar yazılar