Hipnozla kamikadzelər hazırlayan nurçu həbs olunub
Rusiya xüsusi xidmət orqanları Moskvada bu ölkədə qadağan olunmuş nurçu dini cərəyanının rəhbərlərindən olan Aydar Həbibullanı saxlayıb.
Lent.az-ın “nakanune.ru” saytına istinadən verdiyi məlumata görə, o, terrorçu-kamikadzelər üçün hipnoz texnologiyaları işləyib hazırlamaqla məşhurlaşıb. Rusiya mətbuatı yazır ki, nurçuların mənzil-qərargahı Türkiyədə yerləşir. Aydar Həbibulla isə Şərqi Avropa və Mərkəzi Rusiyada terrorçular hazırlığına məsul şəxs sayılır. Rusiya xüsusi xidmət orqanları Aydar Həbibullanın hansı məqsədlə Moskva vilayətində peyda olmasını araşdırır. Onun çantasından Moskva vilayətinin ərazisinin bir qismini təsvir edən xəritə tapılıb. Xəritədə Domodedev aeroportu, Balaşixinsk, Lyüberetsk və Ramens rayonları təsvir olunub, Konstantinovo kəndi isə yaşıl dairəyə alınıb.
Artıq Aydar Həbibullaya qanunsuz silah, partlayıcı maddə və qurğular əldə etmək, düşmənçilik toxumu səpmək ittihamları ilə cinayət işi qaldırılıb. Balaşixinsk Məhkəməsi onun haqqında həbs qərarı verib.

Oxşar yazılar

Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26