Türkiyədə referendum keçirilir
APA-nın məlumatına görə, referendumda 49 milyon 446 min 369 seçici səsvermə hüququna malikdir.
Seçicilərə seçki məntəqələrində bir tərəfi ağ, bir tərəfi qəhvəyi rəngdə olan bülleten verilir. Ağ rəngin üzərində “Evet” (Bəli), qəhvəyi rəngin üzərində isə “Hayır” (Xeyr) sözləri yazılıb. Konstitusiya dəyişikliyini dəstəkləyənlər ağ rəngli səhifənin, dəyişikliyin əleyhinə olanlar isə qəhvəyi rəngli səhifənin üzərinə möhür vuracaq.
Qanunvericiliyə əsasən, referendumda kvorum prinsipi tətbiq olunmur. Etibarlı səslərin yarısından çoxunun (50+1) “Bəli” və ya “Xeyr” olması yekun qərar üçün yetərli sayılacaq.
Referendumda seçicilər Konstitusiyanın 24 maddəsinə edilən dəyişikliyə münasibət bildirəcək. Bunların arasında 2 maddə - Konstitusiya Məhkəməsi ilə Hakimlər və Prokurorlar Ali Qurumunun (Azərbaycandakı Məhkəmə-Hüquq Şurasının analoqu) tərkibinə dəyişiklik edilməsinə dair maddələr ölkədə çox ciddi mübahisələrə və cəmiyyətin ikiyə bölünməsinə gətirib çıxarıb. Müxalifət hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasını (AKP) bu dəyişiklik vasitəsilə məhkəmə hakimiyyətini ələ keçirmək cəhdində ittiham edir.

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi
19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi
19 iyul 2025 , 03:16
Ankarada leysan fəsadlar törətdi
18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü
18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi
18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu
18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var
18 iyul 2025 , 10:44