Qara günün dəhşəti: hazır ssenari, yoxsa mistik eynilik?
Əl-Qaidə terror təşkilatı tərəfindən təşkil olunduğu ehtimal olunan və aparılan araşdırmalar zamanı müəyyən dərəcədə sübuta yetirilən bu terror aksiyası əslində dünyanın düzənini dəyişməyə başlanğıc oldu. Bu aksiyaların ardınca Birləşmiş Ştatlar və onun tərəfdarları «terrorçuları cəzalandırmaq üçün» Əfqanıstana hücuma keçdi, 2003-cü ildə başqa bir müsəlman dövləti olan İraq işğal olundu. Amma ötən 9 ildə kosmosdan yerin dərinliklərində baş verən prosesləri izləyən, yerdəki qəzet səhifəsini belə oxuyan ABŞ nə bir vaxtlar yetişdirdiyi Üsəma bin Ladeni tapdı, nə də terrorizmin kökünü kəsə bildi...
Humanist və radikal terrorçular
Müasir dünyada terror aksiyaları müxtəlif narazı qrupların öz məqsədlərinə çatmaları üçün müraciət etdiyi «ən əlverişli» metodlardan hesab olunur. Əslində əsası qədim Romada qoyulmuş, orta əsrlərdə Yaxın Şərqdə Həşşaşilərin davam etdirdiyi və «modernləşdirdiyi» bu metoddan hazırda dünyanın bütün qitələrində istifadə olunur. Elə bir dövlət tapılmaz ki bu və ya digər formada terror aksiyaları ilə üzləşməmiş olsun.
Yeni texnologiyaların, silah və partlayıcı sistemlərin meydana çıxdığı dövrdə terrorçular da öz niyyətlərini həyata keçirmək üçün müxtəlif qüvvə və vasitələrdən yararlanırlar. Məhz bu baxımdan terrorizmi tək kamikadze hücumu və ya partlayışlarla bağlamaq düzgün deyil. Artıq terrorizmin kimyəvi və bioloji üsullar, kiber terrorizm, maliyyə terrorizmi və digər növlərinə də geniş rastlaşılır. Bu şəbəkədə adi, savadsız insanlarla yanaşı din xadimləri, elm ictimaiyyətinin nümayəndələrinə, hərbçilərə, keçmiş güc orqanlarının nümayəndələrinə qədər rastlaşılması mümkündür.
Ümumilikdə terror aksiyalarının təhlilini apardıqda müxtəlif məkanlarda törədilən cinayətlərin hədəflərində fərqləri görmək mümkündür. Buna əsasən terrorçuları bəzi xarici ekspertlər «humanist» və «radikal» qruplara ayırır.
Məsələn, bəzi Avropa ekspertləri bask separatçılarının İrlandiya Azadlıq Ordusu, GRAPO və ETA təşkilatını «humanist»lərə aid edir. Onların fikrincə, ETA partlayışlar zamanı insan kütlələrini hədəfə almır, əksinə, kütləni hadisə barədə öncədən xəbərdarlıq edir. Bu təşkilatın əsas hədəfi İspaniyanın güc strukturları, onların yerləşdiyi qərargahlardır.
Türklərə qarşı heç də yaxşı mövqedə olmayan avropalılar Türkiyənin uzun illərdir mücadilə apardığı ASALA və PKK-nı da «humanist»lərdən sayırlar. ASALA-nın konkret şəxslərə, PKK-nın isə əsasən hərbçilərə və güc strukturlarına qarşı terror planladığını əsas gətirən avropalı antiterror ekspertləri bu təşkilatın Türkiyənin müxtəlif şəhər və kəndlərində dinc əhaliyə yönəlmiş hücumlarını görməzliyə vurmaqdan belə çəkinmirlər. ASALA-nın isə Qarabağda törətdiyi soyqırımları heç yada salan da yoxdur.
PKK-nın digər hədəfi isə Türkiyənin neft-qaz infrastrukturudur. Son illər bu təşkilat tərəfindən neft kəmərlərində bir neçə partlayış törədilib. Dəfələrlə belə partlayışların olacağı barədə xəbərdarlıq edilib.
Radikallara isə daha çox əl-Qaidə və onun koalisiyasına daxil olan təşkilatlar, Flippindəki Əbu Səyyaf, rusların siyahıya daxil etdiyi çeçenlər, Əl-Əqsa Şəhidləri, Camaat Əl-İslamiyyə, Hizbul Mücahidin, Hizbullah, Ləşkeri Cihad, İslam Mücahidləri, İslam Qardaşları Cəbhəsi, həmçinin Şri-Lankada Tamil Pələngləri, digər təşkilatlar aid edilir.
Təbii ki hazırda dünyanın «bir nömrəli» terror təşkilatı sayılan Əl-Qaidə haqqında kifayət qədər məlumatlar var. Ümumilikdə 20-dən artıq terror təşkilatını koordinasiya edən Əl-Qaidənin Amerikada, Avropada, Asiya və Afrikada böyük dayaqlarının olduğu bildirilir. Bu təşkilatın adı müxtəlif partlayışların törədilməsi, qərb dövlətlərinin səfirliklərinə basqınlar, insanların girov götürülərək qətlə yetirilməsi, dəhşətli aksiyalarla hədələmə, psixoloji təsirlər, infrastrukturun sıradan çıxarılmasında, hətta açıq hərbi əməliyyatlarda hallanır.
Maraqlı və radikallığı ilə seçilən təşkilatlardan biri «Əbu Səyyaf» qruplaşmasıdır. Filippində fəaliyyət göstərən, bir neçə adanı nəzarətdə saxlayan müsəlman terrorçularının birliyi öz qəddarlığı və amansızlığı ilə tanınır. Mərkəzi hökumətlə mübarizəsini sırf fərqli istiqamətdə quran bu təşkilat insanları kütləvi şəkildə girov götürərək qətlə yetirir. Xüsusilə də bu amansızlıqlarla ən çox üzləşənlər jurnalistlərdir. Ümumilikdə jurnalistlərin qəniminə çevrilən «Əbu Səyyaf» qruplaşmasının bu günədək 50-yə yaxın yerli və KİV nümayəndəsini oğurlayaraq qətlə yetirdiyi söylənilir.
Ötən əsrin 90-cı illərində Rusiya ilə mübarizəni açıq hərbi əməliyyatlarla aparan çeçenlər 1999-cu ildən müharibənin yeni fazasını həm də terror əməliyyatları ilə davam etdirir. 2002-ci ildə Nord-Ost kinoteatrında baş vermiş terror aksiyaları bu silsilənin başlanğıcı oldu. Sonrakı dövrlərdə Rusiyanın müxtəlif şəhərlərində nəqliyyatda, şəhər təsərrüfatında törədilən hadisələr, Beslan hadisəsi, kamikadzelərin iştirakı ilə sürət qatarının partladılması, metronun partladılması, bu ilin sentyabr ayında – Ramazan bayramı günü Vladiqafqaz şəhərində bazarda partlayışların törədilməsi və hələ də gözlənilən hadisələr bu silsilənin daha neç illər davam edəcəyini söyləməyə əsas verir. Çeçen terrorçularının digər həmfikirlərindən fərqi onların əməliyyatların geniş spektrliliyi ilə bağlıdır. Belə ki, onlar tək insanlar olan ərazilərdə partlayışlarla kifayətlənmir. Bu partlayışlar dəmir yolu, neft və qaz kəmərlərinə qədər çoxistiqamətlidir.
11 sentyabr - müəmmalı terror
Hələ də xüsusi xidmət orqanlarının gizli saxladığı, necə planlaşdırıldığı və hansı formada törədilməsi bəlli olmayan 11 sentyabr hadisələri dünya tarixinin ən dəhşətli terror aksiyası sayılsa da mətbuatda «müəmmalı terror» adlanır.
Reallıq odur ki, 11 sentyabr 2001-ci il, səhər saatlarında ABŞ-da 4 sərnişin təyyarəsi demək olar ki, eyni zamanda qaçırıldı. Az sonra təyyarələrdən ikisi Nyu-York şəhərindəki əkiz göydələnlərə, biri Vaşinqtonda Pentaqonun binasına çırpıldı. Biri isə sərnişinlərlə terrorçular arasında çıxan mübarizədən sonra Pensilvaniya ştatında qəzaya uğradı. Birinci hadisə saat 08:48-də, sonuncu hadisə isə saat 10:03-də baş verdi. Hadisə nəticəsində 19 terrorçu olmaqla 2974 nəfər həlak oldu.
Az keçməmiş ABŞ hökuməti terror aksiyasının müsəlmanlardan ibarət terrorçular tərəfindən törədildiyini duyurdu. Dünya Ticarət Mərkəzinin qüllələrinə çırpılan təyyarədəki terrorçulardan birinin qəza zamanı yerə düşmüş pasportunu sonradan ərazidəki polis tapdı. Terrorçuların aeroporta gələrkən istifadə etdikləri və hava limanında saxladıqları avtomobilin içində təyyarə idarə etməyi öyrədən sənədlər və Qurani-Kərim aşkarlandı. Bütün bu faktları əsas götürən ABŞ-da yaradılmış 11 sentyabr Komissiyası təyyarələrin Əl-Qaidənin 19 üzvü tərəfindən qaçırıldığını bəyan etdi.
Ekspertlərin fikrincə, təyyarələrin qaçırılması, Dünya Ticarət Mərkəzinə və Pentaqonun binalarına çırpılması xüsusi planlaşdırılıb. Bu əməliyyatların hazırlanması həddən artıq məxfi şəraitdə baş tutub. Əməliyyat planı adi insanlar tərəfindən deyil, yüksək peşəkarlığa malik, savadlı «terrorist kadrlar» tərəfindən tərtib edilib. Öncə terrorçular «Boeing 747» sərnişin təyyarəsini idarə etmək üçün uzun müddət təlim keçiblər. Qeyd edək ki, əsasən böyük aviaşirkətlərin parkına daxil olan bu tip təyyarələr mürəkkəb texnologiyaya malikdir. Bu təyyarələri idarə etmək üçün ən azı bir neçə il uçuş məktəblərində kurslarda iştirak etmək və təyyarəni idarəetmə texnologiyasını mənimsəmək lazımdır. Təbii ki, təyyarələrin bu binalara təsadüfdən çırpılmadığı əsas versiyalardandır. Bu binaları partlatmaqla Əl-Qaidə öncəliklə psixoloji üstünlüyə malik olacağını planlaşdırıb. Dünya Ticarət Mərkəzini məhv etməklə maliyyə dünyasına zərbə endirən Əl-Qaidə terroru hətta xüsusi xidmət orqanları «milçəyi belə nəzarətə götürən» ABŞ-ın göbəyində keçirə biləcəyini sübuta yetirdi.
Terror ssenarisi filmlərdən götürülübmü?
11 sentyabr hadisələri baş verənədək Dünya Ticarət Mərkəzinin binalarının partlaması, çökməsi və bu binaların təyyarə taranı vasitəsi ilə dağılması kadrlarını dəfələrlə filmlərdə izləmişik. Filmlər üzərində aparılan araşdırmalara görə, bu binalar indiyədək 134 filmdə 8 fərqli ssenari üzrə dağılıb və ya partlayıb. Ən çox – 97 filmdə isə partlayış təyyarə, helikopter və ya yad planetlilərin uçan aparatlarının bu binalara toxunması nəticəsində baş verib. Bu filmlərin yarıdan çoxu da elə ABŞ-da - Hollivudda lentə alınıb.
Qeyd olunan 97 filmdən 1980-2000-ci illərdə çəkilmiş 20-dək filmdə isə bina «öz taleyini» yaşayıb. Yəni bina «Boeing» təyyarəsinin çırpılması və partlayışların çəkilmiş real kadrlarında olduğu kimi məhv olub.
Memarlar tərəfindən aparılan hesablamalara görə, əkiz qüllələrin çökməsi 195 km/saat sürətlə baş verib. 110 mərtəbəli şimal qülləsi polad və dəmir dayaqların əriməsiylə 1 saat 50 dəqiqəyə çökdüyü halda, ikinci təyyarənin daha aşağı mərtəbəyə çırpılması nəticəsində cənub qülləsi 49 dəqiqəyə çöküb. Aparılan tədqiqatlara görə, sonuncu təyyarənin yanacağının axması nəticəsində binada istilik 590 Selsiyə yüksəlib və bu da öz növbəsində binanın daha tez çökməsinə səbəb olub. Bu faktın özü Hollyvudun 2 filmində təsadüfü və heç bir memarlıq təhsili olmayan ssenaristlərin yazdıqları ilə üst-üstə düşüb.
Binanın memarlarından olan yapon Minoru Yamasakinin heyətində yer almış Aaron Suvirski adlı memar 2006-cı ildə verdiyi müsahibələrindən birində bildirib ki, binalar hazırlanarkən «Boeing-747» kimi böyük təyyarələrin çarpması nəzərə alınıb. «Jerusalem Post» qəzetinə müsahibəsində memar bildirib ki, binalar ola biləcək bütün qəzalara hesablanıbmış: «Bir təyyarənin toxunması, hətta dəilk açması ehtimalı belə düşünüldü. Biz binanı inşa etdiyimiz zaman «Boeing-747»nin üzərində çalışmalara başlanılmışdı».
Rəşad Süleymanov

1166