SOS! “Donuz qripi” panikası Türkiyədə!
Orta məktəbdə tətil elan olundu
Türkiyədəki Hakkari bölgəsinin Akbulut kəndində uşaqlarda müşahidə olunan yüksək temperaturlu qızdırma və burun qanaması şikayətlərindən sonra kənd məktəbində tətil elan olunub. Lent.az-ın “Cihan” Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, donuzların kənddəki başqa heyvanlarla birgə yaşadığını müşahidə edən kəndlilər dünyanı sarsıdan “donuz qripi” xəstəliyindən qorxur.
Kənddəki bütün uşaqlarda bərk öskürək və halsızlıq müşahidə edilib. Uşaqlarla bağlı gələn şikayətlərdən sonra Səhiyyə şöbəsindən göndərilən qrup kənddə 70 uşaqdan qan nümunələrilə yanaşı, onların içdikləri su nümunələrini də götürüblər. Kəndlilər naməlum xəstəliyin “donuz qripi” olmasından şübhələnir.
Səhiyyə şöbəsinin rəsmiləri isə bölgədə “donuz qripi”nin olma ehtimalının aşağı olduğunu, uşaqlardakı xəstəliyin mövsümlə əlaqədar olduğunu təxmin edir. Buna baxmayaraq, onlar qan və su nümunələrinin araşdırıldığını bildirib.

Oxşar yazılar

Dəməşq yaxınlığında bir neçə partlayış baş verdi
7 aprel 2025 , 07:58
İsrail Qəzzanı VURDU: 43 nəfər öldü
6 aprel 2025 , 23:36
Xamenei tapşırıq verdi
6 aprel 2025 , 19:31
Qəzzada ölənlərin sayı artdı
6 aprel 2025 , 18:13
Aktrisanın mənzildə yanmış meyiti tapıldı
6 aprel 2025 , 17:28
Tanınmış aktyor vəfat etdi
6 aprel 2025 , 16:43
Özgür Özəl yenidən seçildi
6 aprel 2025 , 15:40