Atom bombası düzəldən laboratoriyadan 80 kompüter yoxa çıxıb
Laboratoriyanın üzləşəcəyi təhlükənin miqyası bilinmir
ABŞ-da bir nüvə laboratoriyasından 80-ə qədər kompüter yoxa çıxıb. Lent.az-ın məlumatına görə, laboratoriya yetkililəri kompüterlərin ya oğurlandığını, ya da sadəcə, qeyb olduğunu düşünürlər.
ABŞ hökümətinin fəaliyyətini müstəqil şəkildə təftiş etməklə məşğul olan “Project Government Oversight” (POGO) adlı qeyri-hökumət təşkilatı Los Alamos laboratoriyası ilə Enerji Nazirliyi arasında gedən bir yazışmanın mətnini öz internet saytında yayıb. Yazışmada bildirilir ki, ötən il laboratoriyadan 13 kompüter oğurlanıb, ya yoxa çıxıb, 67 kompüter isə “əskik gəlib”.
Məktublarda “laboratoriyanın üzləşəcəyi təhlükənin miqyasının bilinmədiyi” vurğulanır.
Qeyd edək ki, İkinci Dünya Müharibəsi zamanı gizli qurulan Los Alamos milli laboratoriyası ilk atom bombasının istehsalı ilə nəticələnən məşhur “Manhetten” layihəsi üzərində işləyib.

Oxşar yazılar

Musson yağışları 242 nəfərin həyatına son qoydu
22 iyul 2025 , 23:09
Qadın eyni anda iki qardaşla evləndi
22 iyul 2025 , 18:04
Kommunist partiyasının sədrinin nəvəsi intihar etdi
22 iyul 2025 , 17:50
Kassir 2.4 milyon oğurlayıb plastik əməliyyata xərclədi
22 iyul 2025 , 15:12
Pələnglər 2 saata 3 nəfəri parçaladı
22 iyul 2025 , 12:18
60-dan çox eşşək arısı 2 yaşlı uşağı öldürdü
22 iyul 2025 , 11:06
Timsahlar valideynlərin gözü önündə uşağı parçaladı
22 iyul 2025 , 10:51