Tehranın NATO-ya qarşı “üçlük” çıxardır
Dünən Tehranda Əfqanıstan prezidenti Həmid Karzay, Tacikistan prezidenti İmaməli Rəhman və İran prezidenti Mahmud Əhmədinijat arasında görüş keçirilib.
Lent.az-ın məlumatına görə, Tehran hakimiyyəti fars dilli saydığı bu dövlətlərin başçılarını Asiyada NATO-nun təsirinə qarşı birgə mübarizə aparmağa çağırıb.
Mahmud Əhmədinijatın sözlərinə görə, əfqan problemini bölgə dövlətləri həll etməlidir.
O, NATO-nun təsirinə qarşı birgə mübarizədən danışaraq, deyib: “NATO-ya üzv olan Avropa ölkələri Çin, Rusiya və Hindistanı sıxışdırmaq istəyir. Bu niyyətlərinin gerçəkləşdirilməsinə qarşı onlar yollarının üstündə üç müstəqil dövlət, ciddi mane ilə rastlaşarlar”.
Əhmədinijatın qənaətincə, İran, Əfqanıstan və Tacikistan xaricilərin boyunduruğundan qurtulub: “İndi biri-biri ilə iqtisadi və siyasi əlaqələri gücləndirərək, aparıcı dünya dövlətlərindən asılı olmayan dövlətə çevrilməlidir”.
Tacikistan prezidentinin mətbuat xidməti isə bildirib ki, İ.Rəhman üçtərəfli əməkdaşlığı dərinləşdirmək üçün İqtisadi, sərmayə və mədəni əməkdaşlıq şurasının yaradılmasını təklif edib.
Sayca dördüncü zirvə toplantısında əlaqələrin coğrafiyasını genişləndirmək məqsədi ilə İran, Əfqanıstan, Tacikistan, Qırğızıstan və Çindən ibarət beş tərəfli qarşılıqlı əməkdaşlıq formatının yaradılmasından da danışılıb.
“Tərəflər Əfqanıstanın inkişafı və onun bölgədə tranzit imkanlarının genişlənməsində maraqlı olduqlarını söyləyiblər” - deyə, Tacikistan prezidentinin mətbuat xidməti bildirib.
Bu görüş “fars dillilərin zirvə toplantısı” adlansa da, təbii ki ayrı-ayrılıqda bu dövlətlərin hər birinin öz marağı var. Əfqanıstan xarici dövlətlərin ordusu ölkəsini tərk edən sonrakı durumdan rahatsızdır. Bu baxımdan o, özünə etibarlı tərəfdaş axtarır. İndiki halda Tehranla əməkdaşlıq həm də onun perspektivdə neytrallaşdırılmasına da xidmət edir. O, Tehrandakı görüşdə Tacikistan və İran prezidentlərinə “qardaşlar” deyil, “mənim əzəli dostlarım” deyə müraciət edib. Biri-birini sevməyən dövlət başçıları arasında belə bu etiketə çevrilib. Ona görə də çeşidli maraqları və ictimai-siyasi quruluşa malik olan bu dövlətlərin NATO-ya qarşı birgə müqavimət göstərəcəyi o dərəcədə inandırıcı deyil.
Onu da qeyd etmək lazımdır ki, İranın Talibana hərtərəfli yardım etməsi barədə də çoxsaylı faktlar mövcuddur.
“NATO-ya üzv olan Avropa ölkələri Çin, Rusiya və Hindistanı sıxışdırmaq istəyir” qənaəti isə heç də Tehranın həmin dövlətlərə yardım etmək istəyindən irəli gəlmir. İran bu ölkələrdə NATO–nun gələcəkdə də güclənəcəyindən ehtiyatlanır.
Xatırladaq ki, iyunda Qırğızıstanda baş vermiş məlum olaylardan sonra rəsmi Düşənbə ABŞ hərbi bazalarının Tacikistan ərazisində yerləşdirməsinə razılıq verib.
Beləliklə, İran İslam Respublikasının NATO və ABŞ-a qarşı “üçlük” yaratmaq cəhdinin indiki şəraitdə baş tutmadığını ehtimal etmək olar.
Sədrəddin Soltan

432