Ermənilər İranda “erməni izi” axtarır
28 iyul 2010 17:00 (UTC +04:00)

Ermənilər İranda “erməni izi” axtarır

Tehran hakimiyyəti Güney Azərbaycan türklərinin “ana” sözü işlətməsindən belə qorxur

Azərbaycan türklərinə məxsus yer adları dəyişdirildiyi, tarix abidələr dağıdıldığı halda, Tehran hakimiyyəti “ermənilərin tarixi abidələri”nin qorunması üçün yardım ayırır.

Lent.az-ın “armtoday”-ə istinadən məlumatına görə, tarixi abidələr üzrə erməni mütəxəssis Samvel Karapetyan deyib ki, İranda “erməni mədəni abidələrinə çox böyük hörmətlə yanaşırlar”.

Onun sözlərinə görə, “erməni kilsəsinə aid bütün abidələri sökməyə hazır olan Gürcüstandan” fərqli olaraq, Tehran “erməni kilsəsinə məxsus irsi” hörmət və qayğı ilə qoruyur.

Karapetyan İranda apardıqları araşdırma haqda bunları deyib: “Bir ay ərzində biz İranın yüzə yaxın kəndində erməni abidələrini araşdırdıq. Qrupumuz Tehranın Cənubundakı Qəzax, Kəmər, Periha, Yeni Cugədə fəaliyyət göstərdi. Bu yerlərdə biz erməni kilsəsinə aid 20-yə yaxın abidə aşkarladıq. Məlum oldu ki, ötən illər ərzində iranlılar onlar toxunmayıb. Bizə qum altında qalmış yeri göstərərək, dedilər ki, orada gildən tikilmiş erməni kilsəsi olub”.

Erməni mütəxəssis onu da qeyd edib ki, gildən tikilsə də bütün hallarda “erməni kilsəsi qalıb”. “Onların bəzilərindən məscid kimi istifadə edilib. Belələri daha yaxşı qorunub. Kilsələrin yanında isə “erməni abidəsidir” lövhələri asılıb. Kəndlilər bu abidələri dağıtmır. Bununla yanaşı, İran hakimiyyəti çoxsaylı erməni abidələrinin bərpası üçün vəsait ayırır” - deyə, erməni mütəxəssis vurğulayıb.

Xatırladaq ki, apreldə erməni arxitekturasını araşdırma ictimai təşkilatı bəyan etmişdi ki, bu ilin yayında “İrandakı ermənilərin tarixi abidələrinin araşdırılmasına başlanaca q”.

Karapetyan o vaxt bildirmişdi ki, belə layihələri ötən il Gürcüstan və “Dağlıq Qarabağın azad olunmuş ərazisində” gerçəkləşdiriblər: “Hazırda biz Dağlıq Qarabağ hakimiyyəti (!?-S.S.) ilə birlikdə Artsaxın (!?-S.S.) azad edilmiş yerlərindəki kənd qəbiristanlığını öyrənməklə məşğuluq. Qəbiristanlıqlar yerli sakinlərin bir növ pasportudur”.

Redaksiya şərhi:

Ötən gün Azərbaycanın işğal altında olan ərazisində, daha dəqiq, Füzuli rayonunda yerləşən Azıx mağarasında dünyanın çeşidli ölkələrindən çağırılmış arxeoloqlarla birlikdə “elmi-araşdırma” işləri aparıldığı haqda məlumat yayıldı. Karapetyanın İran səyahəti əslində “tarixi abidələri aşkarlamaq” və onların vəziyyəti barədə məlumat toplamaq deyil, dünyaya ermənilərin yaşadığı yerləri göstərib, perspektivdə bu yerlərə iddialar irəli sürmək cəhdidir…

İslam Respublikası isə qum altından çıxarılaraq, “erməni abidəsi” kimi təqdim edilən nələrəsə maliyyə vəsaiti ayırdığı halda, Azərbaycan türklərinə ana dilində dükan adları qoymağı belə çox görür.

“Canaz.TV” -nin məlumatına əsasən, İranın Mədəniyyət Nazirliyinin saytında şirkətlərin istifadəsi üçün yasaqlanmış türk sözlərinin və adların siyahısı yerləşdirilib: “Biz mağaza şüşələrində, ad lövhələrində, malların qablaşdırılmasında və s. bu kimi sahələrdə səlahiyyətli orqanlar, o cümlədən bələdiyyə, polis, fars dil və ədəbiyyatı qurumu, eləcə də şirkətləri qeydə alan idarələrlə əməkdaşlıq edərək, qeyri-farsların lüğətlərindən istifadə edilməsinə imkan verilməməsi haqda razılıq əldə etmiş və buna çalışırıq”.

Həmin sözlərdən bir neçəsini diqqətinizə çatdırırıq: “Alma”, “alış”, “ana”, “ay”, “aylar”, “aynaz”, “barlı”, “taysız”, “dadlı”.

Sədrəddin Soltan

Siqaret çəkənlər vəzifə tuta bilməyəcək
İranda siqaret çəkən vətəndaşlar üçün üçün yeni qaydalar tətbiq ediləcək.
Lent.az-ın İran KİV-ə istinadən məlmutanda bildirilib ki, bundan sonra siqaret çəkənlər hakimiyyətdə yüksək vəzifələrdə təmsil oluna bilməz. Ölkə prezidenti Mahumd Əhmədinijat bu qərarı imazaladıqdan sonra yasaq qüvvəyə minəcək.
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649

Oxşar yazılar