Kanada silahlı separatizmə baş əymədi - MODEL
Dünyanın müxtəlif bölgələrindəki separatçılar müstəqillik tələblərini adətən bu amillərlə izah edirlər: “Mərkəzi hökumət bizi ikinci sinif vətəndaş hesab edir”, “bölgə iqtisadiyyatının inkişafına və sosial problemlərin həllinə diqqət yetirilmir” və ya “seçkili orqanlarımızın səlahiyyətləri azdır”.
Kanadanın Kvebek əyalətində bu amillərin heç biri yoxdur. Əyalətin nə iqtisadiyyatı Kanadanın digər əyalətlərinin iqtisadiyyatından geri qalır, nə mərkəzi hökumət bölgənin problemlərinə biganədir, nə də seçkili orqanların səlahiyyətləri azdır. Buna baxmayaraq, insanların yaxşı yaşadığı, rifah halının yüksək olduğu Kvebekdə də separatçılıq var və bölgənin Kanadadan ayrılaraq müstəqil dövlət kimi varlığı ara-sıra gündəmə gətirilir.
Kvebek Kanadanın ərazisinə görə birinci, əhalisinin sayına görə isə ikinci əyalətidir. Əhalinin sayı 8 milyon nəfərə yaxındır. Bu da Kanada əhalisinin 24 faizini təşkil edir. Kvebekin rəsmi dili fransız dilidir. Əyalət əhalisinin 80 faizi bu dildə danışır.
Kanada ilk dəfə 1534-cü ildə fransalı səyyah Jak Kartye tərəfindən tədqiq olunub. Ancaq sahilə enən komanda heyətinin bir çoxu müxtəlif xəstəliklərdən vəfat etdiyindən Fransa uzun illər bu materikə maraq göstərməyib. Yalnız 1603-cü ildə Fransa Kanadaya növbəti səyyahını göndərib. Samuel de Şamplen Kanadada yerli hindu tayfaları ilə anlaşaraq Kvebek şəhərinin əsasını qoyub. Fransa kardinalı Rişelye 1627-ci ildə Yeni Fransa adlanan torpaqlara daha böyük heyət göndərməyə qərar verib. Ancaq o illər Fransa ilə Böyük Britaniya imperiyaları arasında müstəmləkələr uğrunda savaş getdiyindən Kvebek əldən-ələ keçib. Buna baxmayaraq, fransalı müstəmləkəçilər Kanadada irəliləməyə çalışırdılar, bunun nəticəsində onlar 1642-ci ildə materikdə daha bir şəhərin – Monrealın əsasını qoyublar. Yeni torpaqlar Fransadan Kanadaya köçənlərin sayının tədricən artmasına şərait yaradır. Kanadada 1672-ci ildə 7 minə yaxın fransalı yaşayırdı.
Böyük Britaniya ilə Fransa arasında 1756-1763-cı illərdə davam edən yeddi illik müharibə Şimali Amerikadakı müstəmləkələrin gələcəyini müəyyənləşdirməli idi. İngilislər Yeni Fransanın varlığına son qoymaq istəyirdilər. Böyük Britaniya qoşunları əvvəlcə Monrealı, sonra isə Kvebeki ələ keçirdi. Fransa bu məğlubiyyətin əvəzini müstəqillik uğrunda Böyük Britaniya ilə savaşan ABŞ-a dəstək verməklə çıxdı. Böyük Britaniya Kanadada yaşayan fransalıları assimilyasiya etməyə çalışsa da, müvəffəqiyyət qazana bilmədi. Nəticədə 1774-cü ildə qəbul olunan Kvebek aktına görə, bölgədə yaşayan fransalıların vətəndaşlıq, dini və dil hüquqları tanındı.
Bu illərdə Kanadada həm fransız, həm də ingilis separatçılığı baş qaldırır. London hər iki icma arasında ortaq məxrəc tapmağa çalışsa da, buna müyəssər olmur. Siyasi təlatümlər 1849-cu ildə özünün pik nöqtəsinə çatır, separatçılar Monrealda iclas keçirən parlament binasını yandırırlar. Vəziyyətdən çıxış yolu kimi parlament gah Torontoda, gah da Kvebekdə toplanırdı.
Nəhayət, 1 iyul 1867-ci ildə Kanada Konfederasiyası təsis olunur. Kvebek Konfederasiyanın əyaləti statusunu qazanır. Konfederasiya aktına görə, federal mərkəzlə əyalətlərin səlahiyyətləri dəqiqləşdirilir. Konfederasiyanın yaradıcıları güclü Kanada dövlətinə tərəfdar çıxsalar da, bir xeyli səlahiyyət də əyalətlərə verilir. Federal parlament Kanadanın müdafiəsi, xarici siyasəti, ticarəti, nəqliyyatına məsul idi. Əyalətlərin qanunverici orqanları isə təhsil, tibb, vətəndaş hüquqları, təbii ehtiyatlar, kənd təsərrüfatı və digər sahələrə cavabdeh idilər. Buna baxmayaraq, Kvebeki idarə edənlər ara-sıra separatçı tələblərlə çıxış edir, ya vergiləri azaltmağa, ya da müəyyən sahədə daha çox səlahiyyətə can atırdılar.
Kvebekdə 1960-cı ildə hakimiyyətə gələn Liberal Partiya tarixə “sakit inqilab” kimi keçən islahatlara baş vurur. Partiyada təmsil olunan gənc islahatçılar iqtisadiyyatın modernləşdirilməsi və fransızdilli mədəniyyətin dəstəklənməsi məqsədilə müxtəlif proqramların həyata keçirilməsinə başlayırlar. Gənc islahatçılar Kvebekə daha çox muxtariyyət də tələb edirdilər. Onların bu tələbi Ottavada etiraz doğurmur və Kvebek bəzi federal proqramlarda iştirakdan azad edilir. Ancaq Ottavanın bu qərarı bu dəfə də ingilisdilli əyalətlərdə etiraz doğurur. Onlar bu cür ayrı-seçkilikdən şikayətçi idilər. Kvebekdəki radikal qruplar isə əskinə daha geniş muxtariyyət deyil, müstəqillik tələbini irəli sürürdülər. Fransızdilli radikallar bu məqsədlə hətta 1963-cü ildə Monrealın ingilisdilli məhəllələrinin birində partlayış törədirlər. Başqa sözlə, dünyanın müxtəlif bölgələrində separatçıların keçdiyi yolu Kvebek separatçıları da təkrarlamaq istəyirdilər. Monrealdakı partlayışla separatizmin leqal fəaliyyət göstərən qolu ilə bərabər terror qolunun olduğu da ortaya qoyulmağa çalışıldı.
Kanadanın federal hökuməti fransızdilli əyalətin artan iştahını həyata keçirməkdən boyun qaçırmırdı. Kanadada 1969-cu ildə qəbul olunan dil haqqında qanuna görə, dövlət idarələrində işləyənlər fransız dilini bilməli idilər. Ancaq bu kimi addımlar da radikal qruplara azlıq edirdi. Separatçılar 1970-ci ildə əvvəlcə Monrealdakı Böyük Britaniyanın ticarət missiyasının rəhbərini oğurlayırlar, bir az sonra isə Kvebekin əmək nazirini qətlə yetirirlər. Separatçıların leqal fəaliyyətinə etiraz etməyən Kanada terrora baş əymədi, hadisələrin bu istiqamətdəki inkişafı kvebekliləri də ciddi narahat edirdi. Odur ki, Kvebekin baş naziri Pyer Tyudo əyalətə qoşun yeridilməsinə razılaşaraq Kvebek Azadlıq Ordusuna məxsus terrorçuların ələ keçirilməsinə müvəffəq olur. Bununla Kvebekdə terror yuvası darmadağın edilir.
Kvebekdə yaşanan bu olay bir daha onu göstərir ki, separatçı fəaliyyətin həddi var. Əgər separatçılar söz azadlığı fonunda tələblərini irəli sürür, böyük status, lap elə müstəqillik tələb edirlərsə, mərkəzi hakimiyyət buna dözümlü yanaşa bilər, mövzunu masa arxasında müzakirəyə çıxarar, yox əgər bu tələblər partlayışlar və qətllər vasitəsilə həyata keçirilməyə başlayacaqsa mərkəzi hakimiyyətin yalnız bir yolu qalacaq: terror ocağını məhv etmək. Bu özünə hörmət edən istənilən dövlət üçün keçərlidir. Silahlı separatizmə heç kim dözməz. London vaxtilə terrorçu İrlandiya Respublikası Ordusuna qarşı savaşardı, Madrid isə günü bu gün də terrorçu bask qruplaşması ETA ilə mübarizə aparır. Buna baxmayaraq, həm Madrid, həm də London separatçı tələblərini leqal yolla dilə gətirən qruplarla da danışıqlardan qaçmır. Eyni sözləri Türkiyəyə də aid edə bilərik. Ankara insanları qətlə yetirən terrorçu PKK ilə savaşır, kürdlərə daha çox hüquqların verilməsini tələb edən müxtəlif cərəyanlarla isə dialoqa hazırdır.
Kvebekdə terror beşiyindəcə boğulduqdan sonra separatizmi leqal səviyyəyə qaldıranlar yenə əvvəlki fəaliyyətlərinə qayıtdılar. Kvebekdə 1977-ci ildə fransız dili haqqında yeni qanun qəbul edilir. Bu qanuna görə, Kvebekdə çalışan bütün iri şirkətlər məcburi şəkildə fransız dilindən istifadə etməli idilər. Ancaq bu tələb bir neçə iri şirkətin Kvebeki tərk etməsinə də yol açır və bu bölgə iqtisadiyyatına mənfi təsir edir.
Kvebekdə müstəqilliklə bağlı iki dəfə - 1980 və 1995-ci illərdə referendum keçirilib. Birincidə əhalinin təxminən 2/3 hissəsi müstəqilliyə “yox” deyib, o birisində də nisbət təxminən bərabərləşib, ancaq separatçılar yenə uğur qazanmayıblar. Bu da ondan xəbər verir ki, Kvebekdə radikal separatçı cərəyanlar bölgənin müstəqilliyinə çalışsalar da, fransızdilli əhalinin əksəriyyəti Kanadanın ərazi bütövlüyünün saxlanılmasının daha doğru yol olduğuna inanırlar. Kvebekin bugünkü səlahiyyətləri onsuz da kifayət qədərdir. Əyalət mülkiyyət və vətəndaş hüququ sahəsində istədiyi qanunları qəbul edir, məhkəmə, səhiyyə və təhsil sahəsi tabeçiliyindədir. Ayrıca, Kvebek hökumətinin və qanunvericilərinin istəyi əsasında Kanadanın mərkəzi hökuməti onlara daha çox səlahiyyət verməyə hazırdır.
“Atlas” Araşdırmalar Mərkəzi

924