Əhmədinijat dünyanı hədələyir
Tehran hakimiyyəti atom-nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında şəffaflıq göstərməkdənsə, dünyanı hədələyir, bununla da etibarını itirir, şübhələrin yaranmasına əsas verir.
İslam Respublikasının hökumət başçısı Mahmud Əhmədinijatın ötən günkü çıxışı bu yöndə olub. O, ölkəsinə aid gəmilərin yoxlanılmasına Tehran hakimiyyətinin «ildırım sürəti» ilə cavab verəcəyini söyləyib. Bununla da qətnaməyə məhəl qoymadıqlarını nümayiş etdirib.
Qeyd edək ki, İran İslam Respublikasına məxsus gəmilərin və təyyarələrin yoxlanılması BMT Təhlükəsizlik Şurasının sonuncu, 4-cü sanksiyasında öz əksini tapıb.
M.Əhmədinijatın sözlərinə görə, Qərb dövlətləri və onların müttəfiqi bilməlidir ki, İslam Respublikasına məxsus gəmi və ya təyyarə yoxlama üçün saxlanılarsa, o zaman Tehran tərəfindən həmin an cavab tədbiri görüləcək. Lakin o, cavab tədbirinin nədən ibarət olduğunu açıqlamayıb.
Əhmədinijat Qərb dövlətlərini, ilk növbədə Avropa Birliyini İrana qarşı sanksiyalardan imtina etməyə çağırıb: “Biz məntiq və dostluqdan çıxış edirik”.
Tehran rəsmisi dünya dövlətlərini hədələyərək, deyib: “ABŞ-ın İrana qarşı mövqeyini dəstəkləyənlər düşmən dövlətlər sayılacaq”.
Bu gün Avropa Birliyinin liderləri Brüsseldə nüvə proqramına görə İrana qarşı sərt iqtisadi sanksiyaların qəbulunu müzakirə edəcək.
Lent.az-ın “mignews”-a istinadən məlumatına görə, AB-nin yasaqlarının BMT TŞ-nın təsdiqlədiyi sənəddən də kəskin olacağı gözələnilir.
Almaniyanın «dpa» agentliyinə birlik diplomatlarının verdiyi məlumata əsasən, sanksiya İran iqtisadiyyatının maliyyə, energetika sahəsinə, eləcə də İslam Respublikası ilə əməkdaşlıq edən Avropa şirkətlərinə və şəxslərə şamil ediləcək.
Birlik İrana göndərilən ikili əhəmiyyətli (həm hərbi, həm də mülki) mallara embarqo qoyacaq. Bundan başqa İranın neft-qaz hasilatı üçün avadanlıq və texnologiyanın gönədrilməsi yasaqlanacaq. İslam Respublikasının bankları ilə əməkşdalıq edən Avropanın maliyyə qurumlarının fəaliyyətinə nəzarət gücləndiriləcək. İran təyyarələrinin Qərb dövlətlərinə enməsinə qadağa tətbiqinədək, Tehranın nəqliyyat sənayesinə də sanksiyaların sərtləşdiriləcəyi gözlənilir.
Nəhayət, İranın hərbi proqramında iştirak edən və ya iştirakı şübhəli bilinən şəxslərin, şirkətlərin siyahısı açıqlanacaq.
Təhlilçilərə görə, bu tədbirlər nüvə proqrammı ilə bağlı İranın müzakirələri bərpası istəyinə « yeniləndən can vermək» məqsədi daşıyır.
Sədrəddin Soltan

561