İran dollar və avro hesabının dondurulacağından ehtiyatlanır
Hakimiyyət Birləşmiş Ərəb Əmirliyinin dirhəmini də qəbul etməyə hazırdır
Sanksiyalar Tehran hakimiyyətinə maliyyə sahəsində də problemlər yaradıb. Bir müddət öncə İran ərəb dövlətlərinin valyutası ilə ticarət etməyə hazır olduğunu bəyan etmişdi. Daha dəqiqi, ölkə rəhbərliyi xarici bazarda satdığı neftin əvəzinin Birləşmiş Ərəb Əmirliyinin dirhəmi ilə ödənilməsinə etiraz etmir.
Sanksiyadan sonra hakimiyyət Avropadakı İran banklarının fəaliyyətinə məhdudiyyət qoyulacağı və ya qapadılacağından ehtiyatlanır. Ölkə rəsmiləri isə Əmirliyin valyutasına keçidi “dollar və avrounun mövqeyinin zəifləməsi” ilə əlaqələndirir.
BƏƏ-nin İqtisadiyyat Nazirliyi isə bu məsələyə şərh verməyib.
Beynəlxalq ticarət üzrə mütəxəssislər İran hakimiyyətinin bu ideyasını “cəfəngiyyat” adlandırıblar. Onlardan biri “Rueters”ə müsahibəsində deyib: “Beynəlxalq ticarəti gerçəkləşdirmək üçün beynəlxalq səviyyəli valyuta lazımdır. Dirhəm bölgə pulu olduğundan ondan istifadə arealı da məhduddur. Hansı ticarət əməliyyatını dirhəmlə aparmaq olar? Aparsanız belə onu sonradan yenə dollara dəyişəcəksiniz”.
Lent.az-ın “İRNA”-ya istinadən məlumatına görə, ölkə prezidentinin müavini Məhəmmədrza Rəhimi BMT-nin ticarət və inkişaf konfransından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, İslam Respublikası bir çox dövlətlərlə iqtisadi – ticarət sahəsində çox saylı müqavilələr imzalayıb. Onun sözlərinə görə, İran neft satışında bütün valyutalardan istifadə edəcək.
Təhlilçilərin qənaətincə, İran hakimiyyəti tətbiq edilən sanksiya üzündən xarici banklardakı hesabındakı dollar və avro ehtiyatının dondurulacağından ehtiyatlanır.
M.Rəhimi qeyd edib ki, ölkəsində Şərq və Qərbdən olan sərmayədarlar üçün əlverişli yatırım mühiti yaradılıb və İslam Respublikası onlarla əməkdaşlıqda maraqlıdır. O, bundan ötrü ölkənin bütün qurumlarının mövcud maneələri aradan qaldırmaq üçün fəallıq göstərməyə çağırıb.
Sədrəddin Soltan

458