Tehranda “soyqırım kitabı” qadağan edilib
Son günlər İran İslam Respublikası rəsmilərinin çıxış və davranışları Tehranın İrəvana ciddi ehtiyacının yarandığını ehtimal etməyə əsas verir.
Bu günlərdə Tehranda səfərdə olan Ermənistanın müdafiə naziri Seyran Ohanyan İranın xarici naziri Mənuçehr Müttəki ilə görüşüb. Görüş zamanı iranlı diplomat bölgədəki münaqişələri dinc yolla həlli tərəfdarı olduqlarını söyləyib.
İranın müdafiə naziri Əhməd Vahidi erməni həmkarı ilə görüşündə bölgədəki münaqişələrin həllində Ermənistanı fəal əməkdaşlığa çağırıb.
S.Ohanyanı İran prezidenti Mahmud Əhmədinijat da qəbul edib. Tərəflər iki ölkə arasında əlaqələrin yüksək səviyyədə qurulmasının vacibliyini vurğulayıblar. Danışıqlar zamanı İrandakı erməni icmasının iki ölkə arasında dostluğunun möhkəmlənməsindəki rolunu da qeyd ediblər.
Səfər çərçivəsində erməni nazir İslam Respublikasındakı erməni icmasının təmsilçiləri, erməni kilsəsinin keşişi ilə görüşüb.
Xatırladaq ki, S.Ohanyanın İrana səfərindən bir gün öncə xəbər yayılmışdı ki, İran hakimiyyəti “erməni soyqırımı”na dair kitabın fars dilinə tərcümə edilərək yayılmasını yasaqlayıb.
Lent.az-ın “İSNA” -ya istinadən məlumatında bildirilib ki, bu haqda həmin kitabı alman dilindən tərcümə edən Səid Firuzabadi danışıb: “Mən Jakoba Kunzlerin “Göz yaşı və qanla isinən torpaq” kitabını tərcümə etdikdən sonra “Nairi” nəşriyyatına müraciət etmişəm. Müraciətdən bir il ötsə də indiyə kimi icazə ala bilməmişəm. Nəşriyyat bu kitabın çapını yasaqlayıb”.
Səid Firuzabadi İran Aza Universitetinin professorudur.
Agentlik bildirib ki, “İranda “erməni soyqırımı” və yəhudilərin faşistlər tərəfindən qətliamına dair istənilən məlumatın yayılması qadağan edilib”.
Erməni nazirinin İrana səfəri zamanı belə bir xəbərin yayılması əslində sözügedən kitabın tərcüməçisinin Yerevandan dəstək umması kimi də başa düşülə bilər. Ancaq indiyə qədər İranın uyğun qurumları belə bir kitabın çapının qadağan edilməsi ilə bağlı heç bir rəsmi məlumat açıqlamayıb. “Erməni soyqırımı” ilə bağlı informasiyanın “yasaqlanmasına” gəldikdə isə demək olar ki, hər il ermənilərin uydurduğu həmin tarixdə Tehran, İsfahan və İranın başqa şəhərlərində ermənilər həmin günü “anırlar”. Bundan başqa, bir neçə il öncə İran parlamentində erməni deputatlar bu uydurma tarixlə bağlı məsələ qaldırmışdılar. Odur ki, bu sayaq xəbərlərlə Tehran rəsmi Ankaraya onu “erməni soyqırımı” məsələsində dəstəklədiyini çatdırmaq istəyir. Erməni naziri qəbul etməklə isə ABŞ-ın müdafiə nazirinin ölkəmizə səfəri qarşısında bir jest edir.
Sədrəddin Soltan

445