Amerikalılar İsrailin İranı bombalamasını istəyir
Son günlər İsrailin İranı bombalayacağı barədə çeşidli xəbərlər yayılır. Lent.az-ın “mignews”-a istinadən məlumatına əsasən, ABŞ mətbuatı yazıb ki, Təl-Əviv İranın nüvə proqramının hərbi yolla həlli ilə bağlı lobbiçilik fəaliyyətini artırıb.
Bu haqda “Time” jurnalında “İrana zərbə: Plan yenidən masa üstündə” başlıqlı məqalə də çap olunub. Yazının müəllifi Co Klayn təsdiqləyib ki, Amerikanın hərbi komandanlığı “Centcom” bölgəsində son aylar “İrana havadan hücum planında irəliləyişə nail olublar”.
Yazıya əsasən, planın sürətlənməsinə səbəb “İran ərazisindəki agentlərin topladığı kəşfiyyat məlumatlarının keyfiyyətinin yaxşılaşmasıdır”. Müəllifə görə, İranın atom-nüvə proqramı ilə bağı qəbul olunmuş sonuncu qətnamənin “işləyəcəyinə” İsrailin inamının azlığı, habelə Tehranı bu proqramının “gerçək hərbi təhlükə yaratdığı” haqda əlavə sanksiyalar tələb etməsi də bu ideyanın gerçəkləşməsi istiqamətində fəaliyyətin artmasına səbəb sayıla bilər.
Onu da qeyd edək ki, “Investors Business Daily” nəşrinin sifarişi ilə ABŞ vətəndaşları arasında sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, ABŞ vətəndaşları İslam Respublikasının nüvə obyektlərinə İsrailin havadan zərbə endirməsini dəstəkləyib.
“İranın atom bombası əldə etməsi cəhdinin qarşısının alınması məqsədi ilə İsrailin hərbi zərbələri endirməsini dəstəkləyirsinizmi” sualını respondentlərin 56 faizi müsbət qarşılayıb, 30 faiz hadisələrin belə inkişafına qarşı səs verib, 14 faiz isə bununla bağlı qənaətlərinin olmadığını bildirib.
Qeyd etmək lazımdır ki, Demokratlar Partiyasında rəyi soruşulanların 43 faizi güc tətbiqini dəstəkləyib, 40 faiz əleyhinə olub, 17 faiz tərəddüd edib. Respublikaçı respondentlər isə daha sərt olub : 74 faiz hərbi əməliyyatın lehinə, 9 faiz əleyhinə, 17 faiz isə tərəfsiz.
Sorğunu keçirmiş TIPP İnstitutu başqa dövlətlərin sakinləri arasında da “Hansı daha vacibdir: İranı nüvə silahından məhrum etmək, yaxud hərbi əməliyyatların keçirilməsinin qarşısının alınması” sualı əsasında sorğu keçirib.
Nigeriyadan olan respondentlərin 71 faizi “İranı istənilən yolla dayandırmaq”a səs verib, 19 faiz isə “nəyin bahasına olursa, olsun sülh” istəyib. Uyğun olaraq, ABŞ-da göstərici belədir –66 faiz, 24 faiz. Misirdə - 55 faiz, 16 faiz; Polşada - 54 faiz, 25 faiz; Braziliya - 54 faiz, 33 faiz; İordaniya - 53 faiz, 20 faiz; İngiltərə - 48 faiz, 37 faiz; Livan - 44 faiz, 37 faiz; Rusiya - 32 faiz, 32 faiz. Yaponiya, Çin, Pakistan və Argentinadan olan rəyçilər isə bundan az səs veriblər.
Xatırladaq ki, İran parlamenti İslam Respublikasının “dinc məqsədli nüvə proqramı” ilə bağlı ABŞ və İngiltərənin anlaşmasına qarşı mübarizə planını təsdiqləyib. 171 deputat həmin qanun layihəsinin lehinə, 3–ü isə əleyhinə səs verib. Bu qanuna əsasən İran dinc məqsədli atom proqramını davam etdirəcək, uranı 20 faiz səviyyəsində zənginləşdirəcək.
Sədrəddin Soltan

455