İran Rusiyaya qarğışa başlayıb
11 iyun 2010 14:00 (UTC +04:00)

İran Rusiyaya qarğışa başlayıb

1979-cu ilin fevral inqilabından sonra «Amerikaya ölüm!», «İsrailə ölüm!» şüarları ilə yanaşı «Şurəviyə ölüm!»də səslənirdi.
BMT-nin məlum 4-cü qətnaməsini dəstəkləyənlərdən biri Rusiyadır. Artıq hakimiyyətin təşkil etdiyi tədbirlərdə «Rusiyaya ölüm!» şüarı da verilməkdədir. Onu da qeyd edək ki, hələ ötən ilki prezident seçkisinin rəsmi nəticələrinə etiraz aksiyalarında da bu şüar müxalifətçilər tərəfindən söylənilirdi.
Dünya mətbuatı şuranın qəbul etdiyi sənədi çeşidli yöndən dəyərləndiriblər.
İspaniyanın «ABC» orqanı yazıb ki, İrana qarşı sərt siyasətin tərəfdarı olanların siyahısına Rusiya və Çin də əlavə olundu.
Almniyanın «Tages Anzeirger» qəzetinin yazdığına əsasən, öz iqtisadi və siyasi maraqlarını qorumaq üçün Rusiya və Çin əvvəlcə sanksiyanın mətninin yumşalıdılmasında ABŞ –a təkliflər təqdim edirdi. Odur ki, bir çox mütəxəssis Rusiyanın bu mövqeyini Moskvanın «ABŞ-la oyunu kimi» dəyərləndirir. «Hazırda Rusiya «yüklənib». Ona görə də onlara Qərbin maraqlarını müdafiə etmək sərfəlidir. Bundan başqa Kreml sərhədləri yaxınlığında «gözlənilməz addım ata bilcək rəhbəri olan atom bombalı dövlət mövcudluğu arzu edilən deyil» -deyə, Rusiya Siyasi texnologiyalar mərkəzinin baş direktor müavini Aleksey Makarkin qeyd edib.
Onu da xatırlamaq lazımdır ki, hələ ötən ay Tehran Rusiyaya xəbərdarlıq edərək, İrana qarşı «düşmən mövqeyi tutmamağı məsləhət» görürdü. Onda Qərb mətbuatı yazırdı ki, Tehran praktik olaraq, «Moskvaya qarşı savaş elan edib».
Xarici mətbuatın yazdığına görə, hələ indiyə kimi qəbul olunmuş sanksiyalar Tehranı atom-nüvə proqramının inkişafına mane ola bilməyib.
İngiltərdə çıxan «Qardian»ın fikrincə, BMT-nin 4-cü qətnnaməsi Tehran hakimiyyəti üçün «göydən düşmə hədiyyədir». Qəzet sanksiyanı «Barak Obamanın ciddi səhvi» sayıb : «Amerikanın lideri xarici siyasət kursunu güc müstəvisindən diplomatiyaya ötürmək üçün çoxlu güc sərf etdi. Ancaq danışıqlar masası üstündə təkliflər olduğu halda qapını bərk vurub, örtdü».
S-300 raketinin tale necə olacaq?
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Andrey Nesterenko bildirib ki, qəbul edilmiş 4-cü qətnamədə Hava Hücumundan Müdafiə silahları yasağında «Zenit Raket Qurğuları» istisina təşkil edir. Onun sözlərinə görə, sənədə əsasən bu qurğu İrana satılacaq, silahlar siyahısına S-300 zeni-raket kompleksi düşmür.
Rusiyalı diplomat sanksiyadan sonra Moskvanın Tehrana bu kompleksi verməsi məsələsi ilə bağlı suala cavabdan yayınıb.
Rusiyanın başqa rəsmiləri də oxşar mövqeydən çıxış edərək, bu sistemin müdafəi xarakterliliyinə diqqəti çəkərək, həmin kompleksin yasaqlanmış silahlar siyahısına düşmədyinin söyləyiblər.
S-300 zenit raket kompleksi orta radiusla 100 km-dək məsafədən 100 hədəfi izləyə bilir, 12 qədər hədəfi məhv etmək qabiliyyətnə malikdir.
Bu sistem 1979-cu ildə keçmiş SSRİ-nin silahları sırasına daxil edilib. Bu kompleks iri sənaye və dövlət obyektlərini kosmik-hava hücumundan qorumaq üçün təyin olunub.
S-300 6-75 km-lik məsafədə uçan təyyarələri, 6-40 km-likdəki qanadlı və ballistik raketləri məhv etmək qabiliyyətinə malikdir.
Onun S-300V, S-300PMU, S-300PMU-1 quruluşları var.
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar