Urmiya gölünə həsr olunmuş qurultay keçirilib
Güney Azərbaycanın Qərbi Azərbaycan ərazisində yerləşən Urmiya gölünün qurudulmasına qarşı tədbirlər davam edir.
Lent.az-ın “canaz.tv”-yə istinadən məlumatına görə, Tehranın Behişti Universitetinin azərbaycanlı tələbələrinin fəaliyyəti nəticəsində Urmiya gölünün qurumasının səbəblərinə həsr olunmuş elmi-nəzəri qurultay keçirilib.
Beynəlxalq Ətraf Mühit günü keçirilən bu tədbirdə ekologiya üzrə doktorlar, ətraf mühitin qorunması uğrunda mübarizə aparan könüllülər, tələbələr, elm adamları, araşdırmaçılar iştirak edib. Qurultayda çıxış edənlər Urmiya gölündəki son durumla bağlı fikrilərini bildirərək, onun qurumasının elmi səbəblərini söyləyiblər.
Araşdırmalar nəticəsində bir daha aydın olub ki, göl hakimiyyətin apardığı plansız və elmi əsası olmayan işlər ucbatından quruyur. Alimlərin qənaətinə görə, həmin səbəblər aşağıdakılardır:
- Gölü su ilə təmin edən 40-dan artıq çayda su bəndlərinin inşası;
- Gölün ortasından suyun təbi axınına əngəl olan körpünün tikilməsi;
- Minlərlə qanunsuz su quyularının, artezianların qazılması;
- Güney Azərbaycanda son zamanlar baş verən ardıcıl quraqlıqlar və s.
Mütəxəssislər və araşdırmaçılar gölün böhrandan qurtulması üçün aşağıdakı təklifləri irəli sürüblər:
- Başqa çay və göllərdən kanal vasitəsi ilə Urmiya gölünə su çəkmək;
- Süni yağış yağdırma üsulundan faydalanılması;
- İkiyə bölünən gölün bölmələrinin arasından su axınına imkan yaradılması;
- Urmiya gölünün dibindəki duzun başqa yerə daşınması;
- Ənənəvi suvarma üsullarını yeniləşdirmək və s.
Xatırladaq ki, bu ilin yazında İran prezidenti Qərbi Azərbaycana səfərdən öncə Urmiya gölü ilə bağlı yaranmış gərginliyin aradan qaldırılması, bu su hövzəsinin qurumasının qarşısının alınması məqsədi ilə dövlət komissiyasının yaradılması haqda qərar vermişdi. Amma ötən bu müddət ərzində hakimiyyət tərəfindən heç bir addım atılmayıb.
Sədrəddin Soltan

537