Bakı şəhər sakinini aldadan şəxs öz hesabına 10.200 manat ödətdirib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bu barədə zərərçəkən polisə müraciətində bildirib.
Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 25 yaşlı Z.Zülfüqarov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.