Ərdoğanın rekordları: Azərbaycan dördüncüdür
Türkiyənn baş naziri Rəcəb Tayyib Ərdoğanın xarici səfərlərinin sayı diqqət çəkib. Lent.az-ın "haberalemi"nə istinadən verdiyi məlumata görə, baş nazirin səfərlərinin sayı AKP iqtidara gələndən bu yana rekord qırıb. Baş nazirin 239-cu səfəri ləğv olunub, 240-cı səfərin isə istiqaməti naməlumdur.
Baş nazir olduğu müddətdə 81 ölkəyə 237 səfər edən Ərdoğan bugünlərdə İngiltərə və İsveçə də gedəcəkdi. Lakin İsveç parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qətnaməsi bu səfərin ləğvinə səbəb olub. Bundan əvvəl isə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində müvafiq qanun layihəsi qəbul olunub. İndi Ərdoğanın 12-13 apreldə əvvəlcədən nəzərdə tutulduğu qaydada ABŞ-a gedib-getməyəcəyi bilinmir, bu səbəbdən də 240-cı səfərinin istiqaməti naməlumdur.
Ərdoğan indiyədək ən çox elə məhz ABŞ-a səfər edib: 14 dəfə. Apreldəki səfər reallaşacağı təqdirdə, bu say 15-ə çatacaq.
İkinci yerdə Belçika (13 səfər), üçüncü yerdə Almaniya (11 dəfə) gəlir.
Qardaş ölkə baş nazirinin ən çox səfər etdiyi ölkələr sırasında Azərbaycan dördüncüdür: 10 səfər. Növbəti yerlərdə Səudiyyə Ərəbistanı, İngiltərə, Suriya və İtaliya gəlir.

Oxşar yazılar

1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14