Əhmədinijat mövqeyini niyə dəyişdi? - ŞƏRH
Yanvarın sonunda atom-nüvə proqramı ilə bağlı “altılıq”ın Tehran hakimiyyətinə verdiyi möhlət başa çatdı.
Fevralın 1-də İran prezidenti Mahmud Əhmədinijat ölkə televiziyasına müsahibəsində bildirdi ki, uranın üçüncü dövlətin ərazisində zənginləşdirilməsinə razıdırlar: “Uranı xaricə göndərməklə bağlı bizim heç bir problemimiz yoxdur. Bununla bağlı Qərbdə bəzi dövlətlər hay-küy qaldırıb. Doğrudan da nüvə yanacağının mübadiləsi ilə bağlı elə bir maneə yoxdur. Biz aşağı dərəcədə zənginləşdirilmiş uranı xaricə göndərəcəyik və əvəzində 4 və ya 5 aydan sonra 20 faizli yanacaq alınacaq”.
Ağ ev isə İrandan istəyib ki, nüvə proqramı ilə bağlı mövqeyindəki bu dəyişiklik barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) xəbərdar etsin.
Xatırladaq ki, İrana uranın Rusiya və Fransa ərazisində zənginləşdirilməsi təklif olunub. Tehran isə bu təklifi rədd edirdi. Ona görə də Qərb dövlətləri İslam Respublikasına qarşı sanksiyanın daha da sərtləşdirilməsini tələb edirdi.
ABŞ mili təhlükəsizlik şurasının təmsilçisi Mayk Hammer isə Əhmədinijatın bəyanatına dövlətinin münasibəti haqda belə deyib: “Biz təmiz və tarazlaşdırılmış niyyətimizi nümayiş etdirdik və Tehrana araşdırmalarına dair təklif irəli sürdük. Əgər Mahmud Əhmədinijatın bəyanatı İranın mövqeyinin dəyişdiyini əks etdirirsə, o zaman biz İslam Respublikasının bu mövqeyi barədə AEBA-nı məlumatlandıracağını səbirsizliklə gözləyirik”.
ABŞ dövlət katibinin müavini Fİlip Krouli də “Reuters”ə müsahibəsində oxşar fikir söyləyib: “Amerika razılaşmanın şərtlərini dəyişməkdə maraqlı deyil. İran bu anlaşmanı qəbul edibsə, o zaman Tehran AEBA-ya məlumat verməlidir. Onlar ilkin şərtləri qəbul etdikləri haqda bizə dəqiq cavab verməlidir”.
Bununla belə, diplomat bildirib ki, Vaşinqton Almaniya, Britaniya, Fransa , Rusiya və Çinlə İrana qarşı əlavə sanksiyaların tətbiqi barədə müzakirələr aparır: “Biz “altılıq”ın üzvləri və başqa dövlətlərlə danışıqlara aparır, eləcə də nüvə proqramı ilə bağlı qayğı göstərdiyimiz İrana başa salmaq üçün əlavə təzyiq vasitələri axtarırıq. Ruslar bu prosesə tam mənada cəlb olunublar. Onlar əvvəldən də bu prosesdə iştirak edirdilər”.
Onun sözlərinə görə, bu müzakirələr yalnız ABŞ-ın dövlət katibi Hillari Klintonla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında aparılmayıb, eləcə də prezidentlər Obama və Medvedev İranın atom-nüvə proqramından danışıblar.
Qeyd edək ki, indiyə kimi İrana qarşı BMT-nin Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı 5 qətnamə qəbul edib. Həmin sənədlərə əsasən, Tehrana qarşı uranın zənginləşdirilməsini dayandırmaq, atom-nüvə obyektlərinə AEBA müfəttişlərini buraxmaq kimi şərtlər də irəli sürülüb.
Ancaq Avropa Birliyinin bəzi üzvləri ilə “atılıq”dakı ABŞ müttəfiqlərinin bu məsələdəki mövqeyi üst-üstə düşmür. Çeşidli sanksiyalara baxmayaraq, AB-nin bəzi üzvləri İranla iqtisadi əlaqələri genişləndirməkdədirlər.
İtaliyanın baş naziri Silvio Berluskoni İsraildən olan həmkarı ilə görüşdə ciddi tənqidlə üzləşib. Belə ki, İslam Respublikası ilə aralarında olan ticarət dövriyyəsinə görə, İtaliya Almaniyadan sonra ikinci yerdədir. Məlumata əsasən, yalnız 2008-ci ildə İtaliya ilə İran arasında ticarət dövriyyəsi 6 milyard avronu keçib. İsrail isə müttəfiqlərindən İslam Respublikasına qarşı sanksiyaları gücləndirməyi istəyir.
Berluskoni İsraildə baş nazir Benyamin Netanyahu ilə keçirdiyi görüşdən sonrakı mətbuat konfransında İnqilab Keşikçiləri Qvardiyasını Avropa Birliyinin terrorçu qurumlar siyahısına daxili edə biləcəyinin mümkünlüyünü bildirib: “Birlik üzvləri tərəfindən tam dəstəkləndikdən sonra qvardiya terrorçular siyahısına salına bilər”. Onun sözlərinə görə, İtaliya öz iqtisadi maraqlarının ziyanına belə atom-nüvə proqramını dayandırmaq üçün İrana qarşı sanksiyaları dəstəkləməyə hazırdır.
Göründüyü kimi, Tehran beynəlxalq ictimaiyyətin tələblərini addım-addım qəbul etməkdədir. Əslində isə İslam Respublikası atom-nüvə proqramını ötən illərdə də dayandıra bilərdi. Onları maraqlandıran əsas məsələ siyasi hakimiyyətlərinin perspektividir. Çünki rəsmi Tehran hesab edir ki, ABŞ başda olmaqla Qərb İslam Respublikasını devirmək istəyir. Bu fikir İranın ali rəhbəri ayətulla Xamneyi də daxil olmaqla, İran rəsmiləri tərəfindən dəfələrlə səslənib. Bundan başqa, ehtimal etmək olar ki, ötən ilki prezident seçkindən sonra İslam Respublikasında baş verən və bu günlərə qədər davam edən etiraz aksiyalarının perspektivi, nəticəsi də hakimiyyəti daha ehtiyatlı olmağa vadar edib. Axı, bir müddət öncə Mahmud Əhmədinijat başda olmaqla İran rəsmiləri təklifləri rədd edir, ilkin şərtlərsiz danışıqlar barədə bəyanat verirdilər...
Sədrəddin Soltan

922