İran Ermənistana qaz ixracını artırıb
Ermənistan İranla iqtisadi, siyasi və başqa sahələr üzrə əməkdaşlığı genişləndirməkdədir. Lent.az-ın «Novosti-Armeniya»-ya istinadən məlumatına görə, cari ilin ilk yarısında İrandan Ermənistana təbii qaz ixracı 42 faiz artıb. Ötən ilin uyğun dövründə İrandan 168,38 milyon kub metr «mavi yanacaq» ixrac olunmuşdusa, bu il 239 milyon olub.
İslam Respublikasından Ermənistana qaz ixrac son üç ildə artıb. 2010-cu ildə 400 milyon kub metr, 2011-ci ildə isə bu rəqəm 15 faiz artaraq, 460 milyon kub metr təşkil edib.
Bu əməkdaşlıq özünü «humanitar yardım» sahəsində də göstərir. Güney Azərbaycanda baş vermiş zəlzələ bölgəsinə Azərbaycan Respublikası və Türkiyədən aparılan humanitar yardımı Tehran hakimiyyəti özünəməxsus süründürməçiliklə qəbul etsə də, Ermənistandan göndərilmiş 90 min dollarlıq köməklik üçün heç bir mane yaradılmadı.
İranın informasiya vasitələrinin məlumatına görə, Ermənistanın İslam Respublikasındakı səfiri Qriqor Arakelyan Təbirizdə olub. O, Şərqi Azərbaycan əyaləti icra hakimiyyətinin başçısı Əhməd Əlirzabəyli ilə görüşüb. Erməni səfir zəlzələ ilə bağlı təmsil etdiyi hakimiyyətin başsağlığını icra başçısına çatdırıb.
Səfir Ermənistan prezidenti Serj Sərkisyanın avqustun 25-də Tehranda keçiriləcək Qoşulmayanlar Hərəkatının sammitinə qatılacağını bildirib.
Qriqor Arakelyan Ermənistanın Təbrizdə baş konsulluq açmaq niyyətində olduğunu da vurğulayıb: «Hazırda Ermənistan bir sıra problemlərlə üz-üzədir. Bu problemlər həll olunan kimi biz Təbrizdə baş konsulluğun açılması ilə bağlı təklifimizi ciddi şəkildə müzakirəyə çıxaracağıq».
Xatırladaq ki, bir müddət öncə İslam Respublikası xarici işlər nazirinin müavini Qaşqavi Ermənistanın Təbrizdə konsulluq açmasına dair ilkin razılığın əldə edildiyini söyləmişdi.
Rəsmi Yerevanın qənaətincə, Təbrizdə Ermənistan konsulluğunun açılması Tehranla Yerevan arasında əlaqələrin inkişafı üçün yaxşı şərait yaradacaq.
Xatırladaq ki, 2007-ci ilin dekabrında İran hakimiyyəti ilə Ermənistan arasında bu istiqamətdə danışıqlar aparılmışdı. Həmin qərardan sonra ermənilər Güney Azərbaycana axışmağa başlayıb. Bunun əsas səbəblərindən biri Tehran hakimiyyətinin onlar üçün yaratdığı şəraitdir.
Hələ bir neçə il öncə Güney Azərbaycanın Ərdəbil şəhərinə İran rəhbərliyinin
dəvəti ilə Ermənistandan iş adamlarının gəlişinə etiraz edən azərbaycanlı ziyalılar
həbs edildilər. Tehranın Yerevanla əməkdaşlığı sayəsində ermənilər həmin şəhərdə
mədəni, Urmiyada dini təbliğat, Təbrizdə qaz-neft sahələrində çalışmaqdadırlar.
Yerli müşahidəçilərin fikrincə, ermənilərin Güney Azərbaycan ərazisində fəallıqlarının artması perspektivdə onların fars şovinistləri ilə birlikdə Azərbaycan Milli Hərəkatına qarşı çıxış etməsinə də zəmin yaradacaq. Habelə bu, gələcəkdə Türkiyə əleyhinə fars şovinizmi ilə türk düşmənlərinin birləşməsinə də yardım edə bilər.
Sədrəddin Soltan

954