İrlandiyanın Horse (At) adası 6.3 milyon dollara satılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, satışı həyata keçirən mərkəz alverin adı gizlin qalan avropalı alıcı ilə “Whatshapp” üzərindən aparılıb. Belə ki, alıcıya adanın yalnız bir videosu göndərilib, o, isə adaya baxmadan alıb.
At adasında 3 çimərlik və 7 ev var. Bundan əlavə, adada vertolyot və futbol meydançası da yerləşir. Ən böyük ev əsas sayılır və sahəsi 420 kv.m-dir. Digərləri isə qonaq evləri hesab olunur.