“Google” işçilərinə 2021-ci ilin yayınadək evdən işləməyə icazə verilib
28 iyul 2020 19:44 (UTC +04:00)

“Google” işçilərinə 2021-ci ilin yayınadək evdən işləməyə icazə verilib

ABŞ-ın “Google” şirkəti işçilərin arzusuna görə onlara 2021-ci ilin iyulunadək distansiyalı rejimdə işləməyin davam etdirilməsinə icazənin verilməsi ilə bağlı qərar qəbul edib.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, şirkətin baş direktoru Sundar Piçainin əməkdaşlara müraciətində deyilir: “Əməkdaşların gələcəyi planlaşdırması üçün biz ofisdə olmanı tələb etməyən vəzifələr üçün 30 iyun 2021-ci il tarixinədək evdən könüllü işləmək imkanını uzadırıq”.

Baş direktor bildirib ki, “Google” şirkətinin müxtəlif ölkələrdə yerləşən 40-dan çox ofisi artıq fəaliyyətini bərpa edib.

Şirkət əvvəlcə işçilərin 2020-ci ilin sonunadək distansiyalı rejimdə işləyəcəyini bəyan etmişdi.

Pandemiya dövründə dünyada 16,4 milyon koronavirusa yoluxma faktı qeydə alınıb, xəstələnənlərin təxminən 650 mini həyatını itirib, daha 10 milyon isə sağalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3424
avatar

Oxşar yazılar