Yayda trend olacaq saç düzümləri -  İsti havaların dəbi
25 may 2023 17:50 (UTC +04:00)

Yayda trend olacaq saç düzümləri - İsti havaların dəbi

Bu yay qısa və uzun saçlar fərq etmədən bir çox modellər dəbdə olacaq. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qısa “pixie”, “gavroche” kimi saç modelləri trendlər arasındadır. 

Ultra qısa saç düzümü bu yay çox populyardır. Kirpi formalı qısa saç modelləri isə yayın aktual saç formalarından biridir. Çox praktik olan bu saç modeli bir az cəsarət tələb edir. Bununla qadınlar həm romantik, həm də sadə görünüş əldə edə bilər. 

Üsyankar təbiətli qızlar üçün uyğun olan saç modellərindən biri də “gavroche” üslublu saçlardır. Bu model üzün yanaq sümüklərin və boynu mükəmməl vurğulayır. Uzadılmış xətlər görünüşü bir az daha kəskin edir. Lakin bu zərifliyinizi heç də azaltmır. 

Uzun saçlar üçün “cascade” modeli ən dəbli formalardandır. Həm orta, həm də uzun saçlar üçün idealdır. Bu model ilə həm də saçlarınızı daha da həcmli görünəcək. 

Təbii qıvrımlı saçlar yayın vazkeçilməzləri arasındadır. Bu üslubla siz ziyafət məclislərinin ən diqqətçəkən şəxslərindən olacaqsınız. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6897
avatar

Sevinc Fərid

Oxşar yazılar